Vəzifə öhdəlikləri:
- Yanacaq məntəqələrindəki elektrik avadanlıqlarının (nasoslar, dispenserlər, generatorlar, işıqlandırma sistemləri və s.) fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək;
- Elektrik sistemlərində baş verən nasazlıqları vaxtında aşkarlamaq və aradan qaldırmaq;
- Generatorların, UPS sistemlərinin və digər ehtiyat enerji mənbələrinin düzgün işləməsinə nəzarət;
- Elektrik kabellərinin, qoruyucu sistemlərin və avtomatların dövri yoxlanması və texniki baxışlarının aparılması;
- Yeni yanacaq məntəqələrinin elektrik işlərinə dəstək verilməsi və elektrik layihələrinin icrasında iştirak;
- Elektrik avadanlıqlarının təmir, sazlama və servis işlərinin həyata keçirilməsi və qeydiyyatının aparılması;
- Elektrik təhlükəsizliyi üzrə qaydalara əməl edilməsi və bu sahədə maarifləndirmə işlərinə dəstək;
- Qəza hallarında təcili müdaxilə və problemin səbəbinin araşdırılması.
Tələblər:
- Elektrik mühəndisliyi, energetika, elektrotexnika və ya digər müvafiq sahə üzrə orta ixtisas və ya ali texniki təhsil.
- Yanacaq məntəqələri, sənaye obyektləri və ya kommersiya obyektlərində elektrik sistemi üzrə azı 2 il iş təcrübəsi.
- Nasos sistemləri, dispenserlər, generatorlar və UPS kimi avadanlıqlarla işləmə təcrübəsi.
- Elektrik sxemlərinin oxunması, quraşdırılması və təhlil edilməsi bacarığı.
- Aşağı və orta gərginlikli elektrik şəbəkələri ilə işləmə təcrübəsi.
- Nasazlıqların diaqnostikası, texniki baxış və təmir üzrə biliklər.
- Elektrik təhlükəsizliyi standartları və normativləri haqqında məlumatlılıq.
- Gündəlik texniki hesabatların hazırlanması və sənədləşmə aparmaq bacarığı.
- Yüksək məsuliyyət hissi və texniki diqqətlilik.
- Qəza hallarında operativ qərarvermə bacarığı.
- Komandada işləmə bacarığı və ünsiyyət qurmaq bacarığı.
- “B” kateqoriyalı sürücülük vəsiqəsi
CV-nizi məktubun mövzu hissəsində “Yanacaq avadanlığı elektriki” qeyd edərək [email protected] və ya [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.