Vəzifə Öhdəlikləri:
- Yükqaldırma əməliyyatlarının təhlükəsiz və təsdiq edilmiş qaydalara uyğun həyata keçirilməsinə nəzarət etmək;
- Yükqaldırma planını hazırlamaq və risklərin qiymətləndirilməsini həyata keçirmək;
- Qaldırılacaq yükün çəkisini, ölçülərini, ağırlıq mərkəzini və qaldırma üsulunu müəyyən etmək və yoxlamaq;
- Kranın və digər yükqaldırma avadanlıqlarının texniki vəziyyətini və istifadəyə yararlılığını yoxlamaq;
- Yükqaldırma avadanlıqlarının uyğunluğunu və sertifikatlarını yoxlamaq;
- Yükqaldırma əməliyyatında iştirak edən səriştəli şəxslərin fəaliyyətinə nəzarət etmək;
- Kran operatoru ilə yükqaldırma işçiləri arasında düzgün rabitənin və siqnal mübadiləsinin təmin edilməsinə nəzarət etmək;
- Yükqaldırma sahəsində təhlükəli zonanın müəyyən edilməsini və işarələnməsini təmin etmək;
- İşə başlamazdan əvvəl yükqaldırma personalı ilə yükqaldırma əməliyyatı barəsində təhlükəsizlik təlimatı keçmək;
- Təhlükəli vəziyyət yarandıqda yükqaldırma əməliyyatını dərhal dayandırmaq;
- Aşkar edilmiş təhlükəli vəziyyətlər, uyğunsuzluqlar və hadisələr barədə rəhbərliyə dərhal məlumat vermək;
- Yükqaldırma avadanlıqları və aksesuarlarının mütəmadi yoxlanılmasının qeydiyyatını aparmaq;
Tələblər:
- Ali texniki təhsil;
- Yükqaldırma sahəsində 5 il iş təcrübəsi;
- Yükqaldırma əməliyyatları üzrə nəzarətçi sertifikatı.
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Yükqaldırma əməliyyatları üzrə nəzarətçi” başlığı ilə göndərməklə edə bilərsiniz.