North West North West

Yükqaldırma üzrə Koordinator (Lifting coordinator)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Yükqaldırma üzrə Koordinator (Lifting coordinator)

  • Deadline 28 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə Öhdəlikləri:

  • Şirkətin bütün layihələrində yükqaldırma əməliyyatlarının vahid idarəetmə, təhlükəsizlik və nəzarət sisteminin uyğun təşkil edilməsini və icrasını təmin etmək;
  • Yükqaldırma üzrə nəzarətçilərin fəaliyyətini idarə etmək, onlar arasında iş bölgüsü aparmaq, tapşırıqlar vermək və icra vəziyyətini qiymətləndirmək;
  • Bütün planlı, qeyri-rutin, mürəkkəb və kritik yükqaldırma əməliyyatlarını əvvəlcədən nəzərdən keçirmək, risk səviyyəsini müəyyən etmək və müvafiq qaldırma planlarının hazırlanmasına və təsdiq edilməsinə rəhbərlik etmək;
  • Kran operatoru, ilməkçi və Yükqaldırma üzrə nəzarətçilərin səriştə, təlim və sertifikatlarının işin tələblərinə uyğunluğunu yoxlamaq;
  • Yükqaldırma əməliyyatları üzrə prosedur, metod bəyanatı, risk qiymətləndirməsi və digər sənədlərin hazırlanmasını, tətbiqini və aktual saxlanılmasını təmin etmək;
  • Yükqaldırma heyəti arasında standart əl siqnalları və radio rabitəsinin düzgün tətbiqinə nəzarət etmək;
  • Yükqaldırma üzrə nəzarətçilər tərəfindən keçirilən iclasların / işqabağı təlimatların keyfiyyətinə və sənədləşdirilməsinə nəzarət etmək;
  • Yükqaldırma ilə bağlı hadisə, təhlükəli vəziyyət və uyğunsuzluqların araşdırılmasında iştirak etmək, kök səbəbləri müəyyənləşdirmek və düzəldici/önləyici tədbirlərin icrasını izləmək;
  • Yükqaldırma avadanlıqları və aksesuarlarının qeydiyyatının, sertifikatlarının, periodik yoxlama və rəng kodlaşdırma qeydlərinin aktual saxlanılmasına nəzarət etmək;
  • Layihə rəhbərliyi və SƏTƏM Departamentinə yükqaldırma fəaliyyətləri, əsas risklər, uyğunsuzluqlar və fəaliyyət barədə mütəmadi hesabat təqdim etmək;
  • Subpodratçıların yükqaldırma fəaliyyətlərini və onların yükqaldırma personalının səriştəsini qiymətləndirmək, biliklərinin yoxlanılmasında iştirak etmək, şirkət tələblərinə uyğunluğunu təmin etmək;
  • Yükqaldırma üzrə nəzarətçilərin peşəkar inkişaf ehtiyaclarını müəyyən etmək.

Tələblər:

  • Ali texniki təhsil (Mexanika, Mexanika mühəndisliyi və ya İnşaat mühəndisliyi və ya əlaqəli texniki ixtisas);
  • Yükqaldırma və kran əməliyyatları sahəsində minimum 8 il ümumi iş təcrübəsi, o cümlədən minimum 3 il rəhbər səviyyəsində təcrübə;
  • Yükqaldırma üzrə Koordinator üzrə qüvvədə olan beynəlxalq və ya tanınmış təlim/sertifikat;
  • Kritik və mürəkkəb qaldırma planlarının hazırlanması və ya texniki baxışdan keçirilməsi üzrə praktiki təcrübə;
  • Yükqaldırma avadanlıqları və aksesuarlarının yoxlanılması, təhlükəsiz istifadəsi üzrə geniş bilik;
  • Azərbaycan dilini sərbəst bilmək; texniki sənədlərlə işləmək üçün ingilis dili biliyi arzuolunandır;
  • Güclü liderlik, qərarvermə, kommunikasiya və təhlükəli işi dayandırmaq səlahiyyətindən effektiv istifadə bacarığı.

Muraciətinizi  [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Yükqaldırma üzrə Koordinator” başlığı ilə göndərməklə edə bilərsiniz.

  • Daily116
  • Weekly652
  • Monthly2405