İş yeri barədə məlumat:
- Novikov Café
- Ünvan: M.Ə.Rəsulzadə 2.
Vəzifə öhdəlikləri barədə məlumat:
- Telefon zənglərinə cavab vermək, rezervasiyaları düzgün qəbul etmək;
- Qonaqları qarşılamaq və masaya yönləndirmək;
- Menyu təqdim etmək və lazım olduğunda gələn qonaqlara hər hansı bir yemək barəsində ön məlumat vermək;
- Qonaqların istək-şikayətləri ilə maraqlanmaq və həmkarlarını bu barədə məlumatlandırmaq.
Namizədə tələblər:
- Sahə üzrə mütləq 1-2 il iş təcrübəsi;
- İş vaxtı təmiz və nizamlı görünmək;
- Effektiv kommunikasiya bacarığı;
- Vaxtın düzgün idarə edilməsi bacarığı;
- Azərbaycan və Rus dili biliyi sərbəst, ingilis dili arzu olunandır.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
- 5 günlük iş həftəsi;
- İş növbəlidir və qrafik əsasında tənzimlənir;
- Nahar təmin edilir;
- Gəcə növbəsindən çıxış zamanı nəqliyyat təmin edilir;
- Əmək haqqı: 700 AZN + bonus.
Qeyd:
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına, mövzu hissəsində “Hostess” qeyd edərək göndərməsi xahiş olunur.