Nova Operating Company Nova Operating Company
  • 132

Nova Operating Company

Peşəkar xidmətlər

Ofisiant

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ofisiant

  • Deadline 25 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri barədə məlumat:

  • Syrovarnya restoranı & Novikov Café
  • Ünvan: Zərifə Əliyeva küçəsi 2/4.

Vəzifə öhdəlikləri barədə məlumat:

  • Müştərilərə menyu və içki siyahılarını təqdim etmək, aydın təsvirlər və izahlar vermək, suallara düzgün və nəzakətli şəkildə cavab vermək;  
  • Müştərinin seçiminə əsasən şifarişi tam, əksiksiz və düzgün şəkildə mövcud sistemə daxil etmək;
  • Menyu seçiminə və restoranın prosedurlarına uyğun olaraq qədəhləri, qabları və masa dəstlərini düzmək;
  • Qonaqların istifadəsinə verilən bütün məhsulların təzə və yüksək keyfiyyətli, qab-qacağın isə ləkəsiz və zədəsiz olmasını təmin etmək;
  • Masaların boşaldılmasını, təmizlənməsini,  əksiklərin aradan qaldırlmasını və masalar boşaldıqdan sonra xidmət üçün yenidən düzəldilməsini həyata keçirmək;
  • Sındırılmış əşyalar, qab-qacaq haqqında birbaşa rəhbərinə məlumat vermək;
  • Müştərilərin sifarişi əsasında hesabı hazırlamaq və onlara təqdim etmək;

Namizədə tələblər:

  • Sahə üzrə mütləq 2-5 il iş təcrübəsi;
  • Yüksək səviyyədə satış və xidmət standartları üzrə bilik;
  • Vaxtın düzgün idarə edilməsi bacarığı;
  • Effektiv kommunikasiya və problemləri operativ həll etmə bacarığı;
  • Kollektivdə işləmək bacarığı;
  • Azərbaycan və rus dili biliyi sərbəst, ingilis dili arzu olunandır.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
  • 5 günlük iş həftəsi;
  • İş növbəlidir və qrafik əsasında tənzimlənir;
  • Nahar təmin edilir;
  • Gəcə növbəsindən çıxış zamanı nəqliyyat təmin edilir;
  • Əmək haqqı: 500-550 AZN+əlavələr.

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində vakansiya adını “Ofisiant” qeyd edərək göndərməsi xahiş olunur.

  • Daily22
  • Weekly393
  • Monthly2283