İş yeri barədə məlumat:
- Syrovarnya restoranı & Novikov Café
- Ünvan: Zərifə Əliyeva küçəsi 2/4.
Vəzifə öhdəlikləri barədə məlumat:
- Müştərilərə menyu və içki siyahılarını təqdim etmək, aydın təsvirlər və izahlar vermək, suallara düzgün və nəzakətli şəkildə cavab vermək;
- Müştərinin seçiminə əsasən şifarişi tam, əksiksiz və düzgün şəkildə mövcud sistemə daxil etmək;
- Menyu seçiminə və restoranın prosedurlarına uyğun olaraq qədəhləri, qabları və masa dəstlərini düzmək;
- Qonaqların istifadəsinə verilən bütün məhsulların təzə və yüksək keyfiyyətli, qab-qacağın isə ləkəsiz və zədəsiz olmasını təmin etmək;
- Masaların boşaldılmasını, təmizlənməsini, əksiklərin aradan qaldırlmasını və masalar boşaldıqdan sonra xidmət üçün yenidən düzəldilməsini həyata keçirmək;
- Sındırılmış əşyalar, qab-qacaq haqqında birbaşa rəhbərinə məlumat vermək;
- Müştərilərin sifarişi əsasında hesabı hazırlamaq və onlara təqdim etmək;
Namizədə tələblər:
- Sahə üzrə mütləq 2-5 il iş təcrübəsi;
- Yüksək səviyyədə satış və xidmət standartları üzrə bilik;
- Vaxtın düzgün idarə edilməsi bacarığı;
- Effektiv kommunikasiya və problemləri operativ həll etmə bacarığı;
- Kollektivdə işləmək bacarığı;
- Azərbaycan və rus dili biliyi sərbəst, ingilis dili arzu olunandır.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
- 5 günlük iş həftəsi;
- İş növbəlidir və qrafik əsasında tənzimlənir;
- Nahar təmin edilir;
- Gəcə növbəsindən çıxış zamanı nəqliyyat təmin edilir;
- Əmək haqqı: 500-550 AZN+əlavələr.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində vakansiya adını “Ofisiant” qeyd edərək göndərməsi xahiş olunur.