Vəzifə öhdəlikləri:
- Buğda, un və digər taxıl məhsullarından nümunələrin götürülməsi və analizi;
- Nəmlik, natura, kleykovina, İDK, düşmə ədədi (Falling Number), sedimentasiya, şüşəvarilik və digər keyfiyyət göstəricilərinin təyini;
- Laboratoriya cihazları ilə düzgün işləmək;
- Analiz nəticələrinin qeydiyyatı və hesabatların hazırlanması;
- Laboratoriyada müəyyən edilmiş qayda və standartlara riayət etmək.
Tələblər:
- Ali və ya orta ixtisas təhsili (kimya, biologiya, qida mühəndisliyi, aqronomluq və əlaqəli sahələrə üstünlük verilir);
- Laboratoriya işi üzrə təcrübə arzuolunandır;
- Taxıl və un məhsullarının analiz metodlarını bilən namizədlərə üstünlük verilir;
- Dəqiqlik, məsuliyyətlilik və operativlik;
- Komandada işləmək bacarığı.
İş şəraiti
- İş yeri: Sumqayıt şeheri
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: 800 Azn +
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.