Job Description
- Müştərilər tərəfindən sifariş olunan məhsulların anbarlardan götürülməsi (“pick-up”) üçün əlaqədar anbarlarla koordinasiya aparmaq.
- Sürücülərlə mütəmadi əlaqə saxlayaraq onların müvafiq anbarlardan düzgün məhsul və düzgün həcmdə məhsul götürməsini təmin etmək.
- Çatdırılma prosesini izləmək və sifarişlərin müştərilərə vaxtında çatmasını nəzarətdə saxlamaq.
- Sürücülər tərəfindən qaimə və fakturaların müştərilərə imzalatdırılmasını yoxlamaq və təsdiq etmək.
- Satıcılar və müştərilərlə (onlayn rezervasiya sistemlərindən istifadə edən tərəflərlə) “pick-up” və “delivery” üçün vaxt rezervasiyalarını planlaşdırmaq.
- Gündəlik sifariş sırasına əsasən optimallaşdırılmış çatdırılma marşrutu hazırlamaq (Salesforce sistemində məlumatların düzgün daxil edilməsi).
- Müştərilərin əvvəlki və cari faktura qiymətlərini yoxlamaq və qiymət dəyişiklikləri olduqda rəhbərliyə məlumat vermək.
Requirements
- Güclü təşkilatçılıq və koordinasiya bacarıqları.
- Operativ düşünmə və multitasking qabiliyyəti.
- Sürücülər, anbardarlar və müştərilərlə effektiv ünsiyyət bacarığı.
- Kompüter bilikləri (Salesforce üstünlükdür).
- Dəqiqlik, məsuliyyətlilik və komandada işləmək bacarığı.
- İngilis və rus dillərini advanced səviyyədə bilmək (şərt).
- İş saatlarına uyğunlaşmaq bacarığı.
Work Schedule
- İş vaxtı: 18:00 – 03:00
- İş formatı: Evdən işləmək mümkündür (remote)
- Əmək haqqı: 1500 manat
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.