Novator HRC təmizlik vasitələri, dezinfeksiya məhsulları və təmizləmə avadanlıqlarının satışını genişləndirdiyi üçün Qəbələ üzrə komandasına motivasiyalı Satıcı Ekspeditor axtarır.
Bu vəzifə B2B satış fəaliyyətini əhatə edir və restoranlar, kafelər, ofislər və digər obyektlərlə işləməyi nəzərdə tutur. Şirkətin mövcud müştəri portfeli var, eyni zamanda yeni müştərilərin cəlb edilməsi də gözlənilir.
Vəzifələr
- Məhsulların müştərilərə təqdimatı və satışı
- Qəbələ və İsmayıllı bəzi hallarda Şəki,Qax rayonlarına səfər.
- Ətraf rayonlarda müştəri ziyarətlərinin həyata keçirilməsi və məhsulların çatdırılması
- Sifarişlərin toplanması və qeydiyyatının aparılması
- Mövcud müştərilərlə münasibətlərin qorunması və inkişaf etdirilməsi
- Yeni müştərilərin cəlb olunması
- Satış nəticələri üzrə hesabatların təqdim edilməsi
İş şərtləri
- Əmək haqqı: 700 AZN (net) + bonus+amortizasiya
- Yanacaq xərcləri qarşılanır
- Avtomobil amortizasiya xərcləri (dövri) qarşılanır
- Həftədə 1 gün istirahət
- Şirkət tərəfindən məhsul və satış üzrə təlimlər
- Real karyera inkişafı imkanı
- Stabil müştəri portfeli və dəstəkləyici komanda
Tələblər
- Satış sahəsində minimum 1 il iş təcrübəsi
- Şəxsi avtomobil və sürücülük vəsiqəsi
- Avtomobil olması vacibdir
- Azərbaycan dilində sərbəst danışıq (Rus dili arzuolunandır)
- Yüksək ünsiyyət və təqdimat bacarığı
- Məsuliyyətli, nizamlı və aktiv olmaq
- Qəbələ və Qəbələ ətrafı rayonlarda işləməyə hazır olmaq
Namizədlər CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Satıcı Ekspeditor (Qəbələ)” yazaraq göndərin.