Novator komandamıza qoşul!
Əgər satış bacarıqlarına güvənirsənsə və yeni müştərilər qazanmaqdan zövq alırsansa, biz səni axtarırıq!
Səni nələr gözləyir?
- Təmizlik və gigiyena məhsullarının tanıtımı və satışı;
- Yeni müştərilərin cəlb edilməsi və əməkdaşlıq şəbəkəsinin genişləndirilməsi;
- Satış planlarının icrası və müştəri ziyarətləri;
- Sifarişlərin qəbul edilməsi və ödənişlərin yığılması;
- Yeni məhsulların ticarət nöqtələrində təqdimatı;
- Gündəlik hesabatların təqdim olunması.
Səndə bunlar varsa, müraciət et!
- Ali təhsil;
- Şəxsi avtomobil və sürücülük vəsiqəsi;
- 1-3 il satış təcrübəsi (HoReCa və səhiyyə sahəsində təcrübə üstünlükdür);
- Yaş: 22-35;
- Azərbaycan dilində səlis danışıq (Rus və İngilis dili üstünlükdür);
- Ofis proqramlarında işləmə bacarığı;
- Yüksək kommunikasiya və satış bacarığı.
Biz sənə nə təklif edirik?
- Rəsmi əmək müqaviləsi (ARƏM uyğun);
- Yanacaq xərclərinin qarşılanması;
- Həftədə 1 gün istirahət;
- 800 AZN (net) + bonus.
Maraqlıdır? O zaman CV-ni elektron poçt ünvanına “Satış təmsilçisi (Soyuq satış)” başlığı ilə göndər və ya 051-229-23-18 nömrəsi ilə əlaqə saxla!