Vəzifə öhdəlikləri:
- Audit layihəsi üzrə audit proqramının tərtib edilməsi və icrasına nəzarət;
- Audit layihəsində iştirak edən qrup üzvlərinin işinə rəhbərlik edilməsi və dəstək olunması;
- Audit layihəsi zamanı müəyyən edilmiş çatışmazlıqların məsul şəxlərlə razılaşdırması və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyyələrin verilməsi;
- Audit nəticələrinə dair hesabatın tərtib edilməsi;
- Daxili audit yoxlamasının nəticələrini dəstəkləyə biləcək məlumatların toplanması, sənədləşdirilməsi və bütün iş sənədlərinin qorunub saxlanılmasının təmin edilməsi;
- İştirak etdiyi audit layihəsi çərçivəsində rəhbərlik etdiyi əməkdaşların işinin qiymətləndirilməsində iştirak edilməsi;
- Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyininin qiymətləndirilməsi;
- Yekunlaşmış audit layihələri üzrə tədbirlər planının monitorinqi;
- Daxili Audit rəhbərinin və təşkilati ierarxiyaya uyğun olaraq müvafiq rəhbərin tapşırıqlarını icra etmək;
- Audit prosedurlarına aid digər tapşırıqların icra edilməsi.
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat və digər əlaqədar ixtisaslar);
- Audit və ya əlaqəli sahələrdə minimum 4 il iş təcrübəsi (İstehsal və ya distribüter sahələrində təcrübə üstünlükdür);
- Azərbaycan və ingilis dilini əla bilmək;
- Microsoft Office proqramlarını (xüsusilə, Excel, Word) yüksək səviyyədə bilməli (Power BI, SQL və digər xüsusi proqramlar üstünlükdür);
- Hər hansı beynəlxalq peşəkar sertifikatların (ACCA, CİA, CFE və s.) olması üstünlükdür;
- Yerli və Beynəlxalq Mühasibat Uçotu standartları üzrə biliklər ;
- Qanunvericilik (vergi, əmək və s.) üzrə biliklər;
- Ezamiyyələrdə iştirak etmək imkanı;
- Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- Vaxtın səmərəli idarəedilməsi və idarəetmə bacarıqları.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş saatları: 09:00 – 18:00;
- Rəqabətli əməkhaqqı;
- Könüllü tibbi sığorta;
- Təlim və inkişaf imkanları.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Baş auditor” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz.