Novex Group Novex Group
  • 257

Daxili nəzarət və komplayens üzrə baş mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Daxili nəzarət və komplayens üzrə baş mütəxəssis

  • Deadline 16 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:

  • Təyin olunmuş sahələrdə yoxlamaların hazırlanması
  • Yoxlamalar zamanı aşkarlanmış uyğunsuzluqları, nəzarət boşluqlarını və qayda pozuntularını müəyyən etmək, onları daxili prosedurlara uyğun şəkildə sənədləşdirmək
  • Aparılmış yoxlamaların nəticələri əsasında risklər, müşahidələr və tövsiyələri əhatə edən analitik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə fəaliyyət planlarının icrasına nəzarət etmək, gecikmələr və ya yayınmalar barədə aidiyyəti tərəfləri məlumatlandırmaq.
  • Vəzifə funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında icra etmək.

Tələblər:

  • Təhsil – Ali
  • Əlaqəli sahələrdə 3-5 il iş təcrübəsi
  • Azərbaycan dili yaxşı, ingilis və ya rus dili üstünlükdür
  • MS office proqramları yüksək səviyyədə
  • Daxili nəzarət, komplayens və əməliyyat prosesləri üzrə yoxlamaları müstəqil şəkildə planlaşdırmaq, icra etmək və nəticələri qiymətləndirmək bacarığı.
  • Risk əsaslı audit və ya nəzarət proqramlarının, illik yoxlama planlarının və monitorinq tədbirlərinin hazırlanması üzrə praktiki təcrübə.
  • CIA (Certified Internal Auditor) və ya risklərin idarə edilməsi və daxili nəzarət sahələri ilə bağlı digər peşəkar sertifikatların mövcudluğu üstünlük hesab edilir.

İş şərtləri:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş saatları: 09:00 – 18:00;
  • Rəqabətli əməkhaqqı;
  • Könüllü tibbi sığorta;
  • Təlim və inkişaf imkanları.

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Daxili nəzarət və komplayens üzrə baş mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily16
  • Weekly499
  • Monthly1563