İşin təsviri:
- Audit yoxlamalarında iştirak;
- Audit layihəsi üzrə müəyyən edilmiş prosedurların həyata keçirilməsi və aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi;
- İri həcmli məlumatları toplaması və təhlilini həyata keçirməsi;
- Audit hesabatın hazırlanmasında iştirak, müvafiq dəstəkləyici məlumatların toplanması və sənədləşməsinin aparılması;
- Audit layihələrinə dair müvafiq hesabatların hazırlanmasında iştirakın təmin edilməsi;
- İş fayllarının və audit sübutlarının qorunub saxlanılmasını təmin etmək;
- Audit prosedurlarına aid digər tapşırıqları icra etməsi.
Tələblər:
- Təhsil – Ali (Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat və digər əlaqədar ixtisaslar);
- Audit və ya əlaqəli sahələrdə minimum 1 il iş təcrübəsi üstünlükdür;
- Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
- Azərbaycan dili mükəmməl, İngilis dilini yaxşı səviyyədə bilmək üstünlükdür;
- Microsoft Office proqramlarını (Excel, Word) yüksək səviyyədə bilməli (Power BI, SQL və digər xüsusi proqramlar üstünlükdür);
- Hər hansı beynəlxalq peşəkar sertifikatların (ACCA, CİA, CFE və s) olması üstünlükdür;
- Ezamiyyələrdə iştirak etmək imkanı;
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- Vaxtın səmərəli idarəedilməsi bacarığı və qrup daxilində işləmə bacarığı.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş saatları: 09:00 – 18:00;
- Rəqabətli əməkhaqqı;
- Könüllü tibbi sığorta;
- Təlim və inkişaf imkanları.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Kiçik auditor” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz.