Novex Group Novex Group

Qrup üzrə SƏTƏM direktoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Qrup üzrə SƏTƏM direktoru

  • Deadline 9 April 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:

  • Qrup daxilində beynəlxalq standartlara uyğun vahid SƏTƏM idarəetmə sistemini qurmaq, sertifikatlaşdırma prosesini idarə etmək və sistemin daim işlək vəziyyətdə qalmasını təmin etmək.
  • Qrup daxilində bütün SƏTƏM jurnallarının, əmrlərin, təlimatların və protokolların qanunvericiliyin tələb etdiyi formatda və düzgün aparılmasına nəzarət mexanizmi qurmaq;
  • İllik daxili audit planını hazırlamaq, audit qruplarını formalaşdırmaq və müəssisələrin standartlara uyğunluğunu yoxlayaraq rəhbərliyə obyektiv hesabat vermək.
  • Hər bir iş prosesi üzrə risklərin qiymətləndirilməsi metodologiyasını qurmaq və "Sıfır Qəza" (Zero Harm) prinsipi üçün qabaqlayıcı nəzarət mexanizmlərini tətbiq etmək.
  • Baş vermiş bütün hadisələri (LTI, Medical Treatment, Near-miss) dərindən araşdırmaq  kök səbəbləri tapmaq.
  • Qəza tezliyi və ağırlıq dərəcəsi göstəricilərini təhlil edərək, təkrarlanma riskini minimuma endirmək üçün strategiya hazırlamaq.
  • ⁠Qrup üzrə SƏTƏM işçilərinin peşəkarlıq səviyyəsini artırmaq üçün daxili mentorluq və inkişaf proqramı hazırlamaq.
  • Vəzifə və iş risklərinə uyğun olaraq işçilər üçün illik təlim matrisini hazırlamaq və icrasına nəzarət etmək.
  • Tullantıların idarə olunması, emissiyaların azaldılması və resursların (su, enerji) səmərəli istifadəsi üzrə ekoloji proqramlar həyata keçirmək.
  • FHN, Dövlət Əmək Müfəttişliyi və Ekologiya Nazirliyi kimi müvafiq dövlət qurumlarının keçirdiyi planlı və plansız yoxlamalara bütün qrup müəssisələrini hazırlamaq və bu prosesdə şirkəti təmsil etmək;
  • Potensial təhlükəli obyektlərin qeydiyyatı, texniki təhlükəsizlik ekspertizası və ekoloji pasportlaşdırma kimi dövlət tərəfindən tələb olunan sənədləşmə proseslərinə rəhbərlik etmək.

Tələblər:

  • Təhsil – Ali;
  • Sahə üzrə rəhbər vəzifədə 5 il iş təcrübəsi;
  • Azərbaycan və ingilis dilini əla bilmək;
  • Microsoft Office proqramlarını (xüsusilə, Excel, Word) yüksək səviyyədə
  • Müvafiq beynəlxalq sertifikatlar (NEBOSH International General Certificate, ISO 45001 OHSMS Lead Auditor (IRCA) və ISO 9001 QMS Lead Auditor (IRCA))
  • Ezamiyyələrdə iştirak etmək imkanı;
  • Güclü risk idarəçiliyi, proses quruculuğu və dəyişiklik rəhbərliyi bacarıqları.
  • Böyük istehsalat və ya şirkətlər qrupunda iş təcrübəsi
  • Effektiv liderlik, analitik düşüncə və güclü kommunikasiya bacarıqları.

İş şərtləri:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş saatları: 09:00 – 18:00;
  • Könüllü tibbi sığorta;
  • Təlim və inkişaf imkanları.

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Qrup üzrə SƏTƏM direktoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily0
  • Weekly22
  • Monthly593