Müəssisə: “Qəbələ Konserv Zavodu” MMC
İş yeri: Bakı şəhəri, Binəqədi rayonu
Vəzifə: Satınalma üzrə baş mütəxəssis
Vəzifə öhdəlikləri :
- Sifarişlərin əvvəlcədən müəyyən edilmiş zaman intervalında yerinə yetirilməsini təmin etmək
- Təchizatçı firmalarla danışıqlar aparmaq və əməkdaşlıq şərtlərini razılaşdırmaq
- Bazar araşdırmaları aparmaq, təhlillər həyata keçirmək, yeni tədarükçülər müəyyənləşdirmək və tələb olunan materialların yerli və xarici bazarlarda tədqiqini aparmaq
- Şirkətin mal-material, xammal və avadanlıqlarla fasiləsiz təminatını təşkil etmək
- Müqavilə şərtlərini müəyyən etmək və həmin şərtlərin icrasına nəzarət etmək
Tələb:
- Ali təhsil
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, ingilis dili biliyi – yaxşı səviyyədə
- MS Office proqramları ilə (xüsusilə Excel) yüksək səviyyədə işləmə bacarığı
Əlavə tələb:
- İşində məsuliyyətli olması
- Analitik düşünmə bacarığının olması
- Sürətli və düzgün qərar qəbul etmə bacarığı
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş yeri: Bakı şəhəri, Binəqədi rayonu
- Tibbi sığorta
- Nahar
- Korporativ nömrə
- Peşəkar təlimçi tərəfindən təlimlər
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Satınalma üzrə baş mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz.