Müəssisə: Qəbələ Konserv zavodu
Vəzifə öhdəlikləri:
- Müəssisələrdən gələn sorğuları qəbul etmək və icra etmək.
- Tələb olunan məhsul və xidmətlər üzrə təchizatçılardan təkliflər toplamaq, müqayisəli təhlillər aparmaq.
- Yeni təchizatçıların araşdırılması, qiymətləndirilməsi və təchizatçı bazasının genişləndirilməsi prosesinində yaxından iştirak etmək
- Təchizatçılarla qiymət, çatdırılma müddəti və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq və optimal nəticələrin əldə olunmasında dəstək göstərmək
- Məhsul və xidmətlər üzrə bazar araşdırmaları aparmaq, qiymət dəyişikliklərini izləmək və rəhbərliyə müvafiq hesabat təqdim etmək
Tələblər:
- Ali təhsil
- Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Azərbaycan dili (sərbəst), İngilis dili (yaxşı)
- MS office (yaxşı səviyyədə)
Əlavə tələb:
- Yüksək kommunikasiya bacarığı, səlis və aydın nitq qabiliyyəti.
- Analitik düşünmə bacarığı.
- Komanda ilə işləmək qabiliyyəti və detallara diqqət.
- Stressə davamlılıq və öyrənməyə açıq olmaq.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş yeri: Bakı şəhəri, Binəqədi rayonu
- Könüllü Tibbi sığorta
- Korporativ nömrə
- Peşəkar təlimçi tərəfindən təlimlər
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Satınalma üzrə kiçik mütəxəssis - QKZ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.