Biz premium kosmetika sahəsində enerjili və müştəriyönümlü mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri:
- Müştərilərə məsləhət vermək və onların ehtiyaclarına uyğun məhsullar seçmək
- Məhsulların təqdimatını və mini-servisləri həyata keçirmək
- Müştərilərə səmimi, fərdiləşdirilmiş xidmət göstərmək və ilhamverici alış təcrübəsi yaratmaq
- Satış və müştəri cəlbetmə hədəflərinə nail olmaq
- Satış nöqtəsində yüksək səviyyəli vizual merchandayzinq standartlarını qorumaq
- Brendin xüsusi aksiyalarında və tədbirlərində iştirak etmək
Tələblər:
- Beauty retail sahəsində təcrübə arzuolunandır (Beauty Advisor / Makeup Artist / Beauty Consultant və s.)
- İnsanlarla ünsiyyəti sevmək, dinləmək, ilham vermək və müştərini maarifləndirmək bacarığı
- Aktivlik, təşəbbüskarlıq və dinamik mühitdə işləməyə hazırlıq
- Ünsiyyətcillik və səliqəli, baxımlı görünüş
- Dəyişən qrafiklə (həftəsonu və axşam növbələri daxil olmaqla) işləməyə hazırlıq
Dil bilikləri (mütləqdir):
- Azərbaycan dili – sərbəst
- Rus dili – sərbəst
- İngilis dili – müştərilərlə ünsiyyət səviyyəsində (intermediate və yuxarı)
Biz təklif edirik:
- Premium brendlərlə işləmək imkanı
- Məhsullar və satış texnikaları üzrə təlimlər
- Müasir və peşəkar iş mühiti
- KPI və bonus sistemi
- Peşəkar inkişaf və karyera artımı üçün imkanlar
Əmək haqqı: 800 Azn + bonus
Maraqlanan şəxslər CV-ni mövzu hissədə vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya (055)224-43-45 (whatsapp) nömrəsinə göndərə bilərlər.