Ərazilər: Bakı
İşin təsviri:
- Tətbiq istifadəçiləri ilə nəzakətli və peşəkar üslubda ünsiyyət qurmaq;
- Xidmətlər və istifadəyə dair məlumatları aydın və dəqiq şəkildə təqdim etmək;
- İstifadəçi rəylərini qeyd etmək və daxili sistemlərdə məlumatları yeniləmək;
- Mürəkkəb və ya texniki məsələləri aidiyyəti komandaya yönləndirmək;
- Lazım olduqda digər dəstək tapşırıqlarında iştirak etmək.
Tələblər:
- Yüksək səviyyədə şifahi ünsiyyət bacarığı və nitq mədəniyyəti;
- Peşəkarlıq və müştəriyönümlü yanaşma;
- Güclü analiz və problem həll etmə bacarığı;
- Dinamik mühitdə çevik və effektiv fəaliyyət göstərmək bacarığı;
- Rus dilində səlis danışıq;
- Tibbi təhsil arzuolunandır;
- Microsoft Office proqramları ilə tanışlıq;
- Öyrənməyə maraqlı və komanda işi ruhuna sahib olmaq.
Təklifimiz:
- Əla iş şərtləri: sığorta,karyera yüksəlişi;
- Müvafiq sahədə peşəkar inkişaf;
- Səmimi və peşəkar komandada çalışmaq, birlikdə yüksək nəticələr əldə etmək!
Maraqlananlar CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Elektron məktubun mövzu hissəsində (subject, тема) seçdiyiniz vakansiyanın adını yazmaq xahiş olunur.
Qeyd: yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.