Baş mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib

  • Deadline 13 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • Əmək haqqı: Razılaşma yolu ilə
  • 5 günlük iş həftəsi 
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Nahar fasiləsi: 13:00 -  14:00
  • Ünvan: Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü)

Əsas Vəzifələr:

  • Maliyyə hesabatlarının tərtib olunması (bəyannamələr, balans, mənfəət və zərər hesabatları və s.)
  • Gömrük proseslərinə nəzarət edilməsi
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək
  • Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;
  • Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək
  • Maya dəyərinin hesablama – məhsulların istehsal maya dəyərinin müəyyən edilməsi.
  • Anbar uçotu nəzarəti – xammal və hazır məhsul qalığının düzgünlüyünün yoxlanması.
  • Maliyyə hesabatlarının hazırlanması – ayliq, rüblük, illik balans və digər hesabatlar.
  • Vergi uçotu və bəyannamələr – ƏDV, mənfəət, gəlir və digər vergilərin hesablanması və təqdimatı.
  • Kassa və bank əməliyyatlarına nəzarət – ödənişlərin düzgünlüyünü təmin etmək.
  • Mühasibatlıq komandasına rəhbərlik – iş bölgüsü, nəzarət və təlim.
  • İnventarizasiya prosesinə rəhbərlik – real qalığı uçotla uyğunlaşdırmaq.
  • Dövlət orqanlarına (Vergi, Statistika, DSMF, Məşğulluq və s.) hesabatların vaxtında və düzgün təqdim olunması;
  • Vergi yoxlamaları, daxili və xarici auditlərə tam hazır vəziyyətin təmin olunması;

Namizədə tələblər:

  • Maliyyə, mühasibatlıq və əlaqəli sahələr üzrə ali təhsil
  • Maliyyə sahəsində minimum 5 il iş təcrübəsi
  • ERP proqramları ilə işləmə bacarığı (1C)
  • MS office proqramları ilə işləmə bacarığı (xüsusilə yüksək səviyyədə Excel bilikləri)
  • Tekstil sahəsində təcrübə üstünlükdür
  • PMS sertifikatın olması vacibdir.
  • Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili arzuolunandır)

Komandamıza uyğun olan  namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Baş mühasib” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

  • Daily0
  • Weekly610
  • Monthly1178