Əmək haqqı: Razılaşma yolu ilə
İş şəraiti:
- 5 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən təmin olunur
- Nahar fasiləsi: 13:00 - 14:00
- Ünvan: Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü, masazır dairəsi)
Əsas Vəzifələr:
- Bazar analizlərinin (mal növləri-qiymətlər-trendlər-dəyişimlər) mütəmadi aparılması
- Biznes proseslərin idarəedilməsi ilə əlaqəli optimallaşdırma və layihələrin aparılmasını, prosesin iş axınlarının düzgün tərtib edilməsini təmin etmək.
- Şirkətin geyim və digər retail istiqamətləri üzrə uzunmüddətli inkişaf strategiyasının hazırlanması
- Yeni mağazaların açılması üçün lokasiya seçimi, bazar araşdırması və kommersiya potensialının qiymətləndirilməsini həyata keçirmək
- Yerli və beynəlxalq brendlərlə, təchizatçılarla və strateji tərəfdaşlarla danışıqlar aparmaq və əməkdaşlıqlar qurmaq
- Mövcud mağazaların fəaliyyətini təhlil edərək satışların artırılması və əməliyyat effektivliyinin yüksəldilməsi üçün inkişaf planları hazırlamaq
- Şirkətin müxtəlif sektorlar üzrə (geyim, qida, aksesuar və digər retail kateqoriyalar) portfelini inkişaf etdirmək və diversifikasiya strategiyalarını tətbiq etmək
- Satış, marketinq, merchandising və əməliyyat komandaları ilə koordinasiyalı şəkildə işləyərək ümumi kommersiya nəticələrinin yaxşılaşdırılmasını təmin etmək
- Biznes inkişafı komandası qurmaq, idarə etmək və əməkdaşların peşəkar inkişafını təmin etmək
- Satışın, gəlirin və ümumi nəticələrin artmasına fokuslanmaq
- KPI-lara çatmaq üçün konkret addımlar planlayıb icra etmək
- Büdcəni planlamaq və düzgün idarə etmək
- Yeni layihələrin nə qədər effektiv olduğunu (xeyir gətirəcəyini) qiymətləndirmək
- Online satışları inkişaf etdirmək və mağazalarla əlaqəli işləməsini təmin etmək
- Strategiyaların real həyata keçməsinə nəzarət etmək
- Qərarların tez və effektiv icra olunmasını təmin etmək
- Yeni partnyorlar tapmaq və əlaqələri inkişaf etdirmək
- Franchise və digər genişlənmə imkanlarını araşdırmaq
- Yeni ideyalar irəli sürmək və onları praktikada yoxlamaq
- Şirkətin uzunmüddətli inkişafına töhfə verən qərarlarda aktiv iştirak etmək
- Yeni retail formatlarının (multi-brand, mono-brand, franchise, concept store və s.) tətbiq imkanlarını araşdırmaq və həyata keçirmək
- Bazar trendlərini, müştəri davranışlarını və rəqibləri mütəmadi olaraq təhlil edərək strateji qərarların qəbulunu təmin etmək
Namizədə tələblər:
- Biznes idarəetməsi, iqtisadiyyat, marketinq və ya əlaqəli sahə üzrə ali təhsil
- MBA və ya əlavə biznes/menecment sertifikatları üstünlükdür
- Biznes inkişafı, kommersiya və ya satış sahəsində minimum 7-10 il, rəhbər vəzifədə 3 il iş təcrübəsi
- Retail sektorunda, xüsusilə geyim (fashion retail) sahəsində təcrübə mütləqdir
- Azərbaycan dili – sərbəst, İngilis dili – yaxşı səviyyədə (rus dili əlavə üstünlükdür)
- MS Office proqramları (xüsusilə Excel və PowerPoint) – yüksək səviyyədə
- Strateji planlaşdırma və biznes inkişafı proseslərini dərindən bilmə
- Retail bazarı, müştəri davranışı və satış dinamikası üzrə güclü anlayış
- Bazar araşdırması və rəqib analizlərinin aparılması bacarığı
- Nəticəyönümlülük və məsuliyyətlilik
- Dəyişiklikləri idarə etmə və adaptasiya qabiliyyəti
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Biznesin İnkişafı şöbəsinin rəhbəri” qeyd etməklə, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.