Nur Collection Nur Collection
  • 252

Digital Marketinq Mütəxəssisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Digital Marketinq Mütəxəssisi

  • Истекает 16 январь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Nur Collection MMC “Digital Marketinq Mütəxəssisi ” vəzifəsinə vakansiya elan edir.

Əmək haqqı: Razılaşma yolu ilə

İş şəraiti

  • 5 günlük iş həftəsi 
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Nahar fasiləsi: 13:00 -  14:00
  • Ünvan: Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü)

Əsas Vəzifələr:

  • Şirkətin biznes hədəflərinə uyğun rəqəmsal marketinq strategiyasının hazırlanması və icrası
  • Meta (Facebook, Instagram), Google Ads və digər performans yönümlü reklam platformalarında kampaniyaların qurulması, idarə edilməsi və optimallaşdırılması
  • Reklam büdcəsinin effektiv idarə olunması, ROI və CPA göstəricilərinin təhlili
  • Sosial media kanalları üçün aylıq kontent strategiyasının hazırlanması və icrasına nəzarət
  • Veb-sayt trafiki, konversiya və istifadəçi davranışlarının Google Analytics, GA4 və digər analitik alətlərlə təhlili
  • SEO (on-page, basic technical SEO) və SEM fəaliyyətlərinin planlaşdırılması və monitorinqi
  • Bazar trendlərinin, rəqiblərin və yeni rəqəmsal alətlərin davamlı izlənilməsi
  • E-mail marketinq kampaniyalarının hazırlanması və idarə edilməsi

Namizədə tələblər:

  • Ali təhsil
  • Digital marketinq sahəsində minimum 1–3 il iş təcrübəsi
  • Google Ads, Meta Business Suite və analitik alətlərlə (Google Analytics və s.) işləmə bacarığı
  • Sosial media alqoritmləri və reklam mexanizmləri barədə praktiki bilik
  • SEO əsasları haqqında biliklər
  • Analitik düşünmə və nəticə yönümlülük
  • Azərbaycan dili – səlis, rus və ya ingilis dili biliyi üstünlükdür
  • Vaxtın düzgün idarə olunması və məsuliyyətlilik
  • Komanda ilə işləmə bacarığı və təşəbbüskarlıq

Komandamıza uyğun olan  namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Digital Marketinq Mütəxəssisi” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. 

  • Daily104
  • Weekly309
  • Monthly1488