Elektrik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elektrik

  • Deadline 31 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən müsahibə zamanı müəyyən ediləcəkdir.

İş şəraiti

  • İş yeri: Ünvan: Abşeron rayonu Əliağa Vahid 1B
  • 6 günlük iş həftəsi
  • Nahar fasiləsi: 13:00-14:00,
  • Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

  • Şirkətin istehsal sahələrində istifadə olunan avadanlıqların texniki vəziyyətinin mütəmadi yoxlanmasında iştirak etmək və nasazlıqları aradan qaldırmaq;
  • Şirkətin daxili transformator yarımstansiyalarına və paylayıcı qurğu avadanlıqlarına texniki xidmət göstərmək;
  • Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün icrasını həyata keçirmək;
  • İstismarda olan avadanlıqların elektrikli ehtiyat hissələrinin yoxlanılması, yaranan problemlər barəsində sex rəisinə məlumat verilməsi və yaranan problemi qısa zamanda həll etmək;
  • Elektrik enerji mənbəyi olan qurğuların istismarı və onlara vaxtaşırı qulluq etmək;
  • Elektrik quraşdırma işlərini icra etmək;
  • Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
  • Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
  • Elektrik avadanlıqlarına mütəmadi qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək; 
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini icra etmək,
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək,

Tələblər:

  • Ali və ya orta ixtisas təhsili (elektroenergetika üzrə),
  • Müvafiq ixtisas üzrə 3 il iş təcrübəsi,
  • Elektrik avadanlıqları haqqında nəzəri və praktik biliklərinin olması,
  • Avtomatik idarəetmə sistemlərini bilməli,
  • Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı,
  • Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, maqnit işəburaxıcı, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması,
  • Normativ və Texniki sənədlərlə işləmək bacarığı,

Namizədin şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabiliyyəti; 
  • Ezamiyyə imkanları; 
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşması; 
  • Fəal olması və komandada işləmək bacarığı.

Komandamıza uyğun olan  namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Elektrik” qeyd etməklə, Müraciət Et düyməsində göstərilən elekton poçt ünvanına göndərə bilərlər. 

  • Daily5
  • Weekly575
  • Monthly2122