Nur Collection Nur Collection
  • 268

İnsan Resursları üzrə Baş mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan Resursları üzrə Baş mütəxəssis

  • Deadline 28 September 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Nur CollectionMMC “İnsan Resursları üzrə Baş mütəxəssis” vəzifəsinə vakansiya elan edir.

İş şəraiti

  • İş qrafiki: 5 günlük iş həftəsi, 09:00 – 18:00
  • Ünvan: Bakı şəhəri
  • Əmək haqqı: Razılaşma yolu ilə

Rolun İcmalı:

  • Bu vəzifəni icra edəcək şəxs İR şöbəsinin gündəlik fəaliyyətini planlaşdıracaq, iş bölgüsü aparacaq və şöbə əməkdaşlarının (Mütəxəssislərin) fəaliyyətinə birbaşa nəzarət edəcəkdir. Vakansiyaların elan edilməsi, ilkin CV seçimi və namizədlərlə zənglər mütəxəssis tərəfindən icra olunacaq; Baş Mütəxəssis isə mütəxəssis tərəfindən icra olunacaq proseslərin idarə olunması və nəzarətinə, strateji/rəhbər pozisiyaların seçiminə, headhunting prosesinə, büdcə planlamasına, KPI-ların ölçülməsinə və rəhbərliyə analitik hesabatlılığa məsul olacaqdır.

Əsas Vəzifə Öhdəlikləri:

Strateji İdarəetmə və Planlaşdırma

  • Şirkətin illik/rüblük işəgötürmə strategiyasını (Recruitment Plan) hazırlamaq və biznes məqsədləri ilə uzlaşdırmaq.
  • Şirkət üzrə kadr büdcəsini (HR Budget) planlaşdırmaq, işəgötürmə kanallarının effektivliyini analiz edərək büdcə bölgüsünü optimallaşdırmaq.
  • Əsas İR KPI-larını (işə qəbul müddəti, keyfiyyəti, sınaq müddətini keçmə faizi, erkən işdən çıxma faizi) müəyyən etmək və icrasını təmin etmək.
  • Kadr Rezervi bazasının formalaşdırılması üzrə uzunmüddətli strategiya hazırlamaq.
  • Tərəfdaşlarla (agentliklər, universitetlər) əməkdaşlığı və İşəgötürən Brendi (Employer Branding) tədbirlərini idarə etmək və qiymətləndirmək.

Komanda və Proseslərin İdarə Edilməsi

  • İR şöbəsinin gündəlik fəaliyyətini planlaşdırmaq, şöbə əməkdaşları arasında iş bölgüsü aparmaq, fərdi KPI-ları müəyyən etmək və fəaliyyətlərinə nəzarət etmək.
  • Şirkət əməkdaşlarının gündəlik davamiyyətinə nəzarət prosesini idarə etmək.
  • Vakansiya elanlarının hazırlanması, düzgün kanallarda yerləşdirilməsi və CV bazasının formalaşdırılması prosesinə şəxsən nəzarət etmək.
  • Yeni əməkdaşların adaptasiyası (Onboarding) proqramının effektivliyini ölçmək, sınaq müddətinin qiymətləndirilməsini idarə etmək və nəticələr əsasında düzəlişlər etmək.
  • Daxili İR prosedur və təlimatlarını hazırlamaq və təkmilləşdirmək.

İşə Qəbul və Performans Monitorinqi

  • Rəhbər və strateji vəzifələr üzrə müsahibələri şəxsən keçirmək və birbaşa axtarış (Headhunting) prosesini icra etmək.
  • Vakansiyaların icra sürəti və keyfiyyətinə nəzarət etmək, gecikmələri struktur bölmə rəhbərləri ilə koordinasiya etmək.
  • İşə qəbul piramidasının (Recruitment Funnel) konversiyasını izləmək, darboğazları müəyyən edərək optimallaşdırma təklifləri vermək.
  • Namizəd təcrübəsi sorğularını təşkil etmək və nəticələrə uyğun düzəlişlər etmək.

Hesabatlıq və Nəzarət

  • Rəhbərliyə İR fəaliyyəti üzrə dövri (aylıq, rüblük, illik) analitik hesabatlar və təhlillər təqdim etmək.
  • CV bazasının aktuallığına, doğruluğuna və məxfiliyinə nəzarət etmək.
  • Tələb blanklarının vaxtında icrasına, daxili sənədləşmənin və kadr işlərinin AR qanunvericiliyinə uyğunluğuna nəzarət etmək.
  • Daxili və xarici audit zamanı tələb olunan İR məlumatlarının tam və vaxtında təqdimatını təmin etmək.

Namizədə Dair Tələblər:

  • İşə qəbul (Recruitment) sahəsində minimum 5 il, həmçinin İR sahəsində rəhbər/aparıcı vəzifədə 1-3 il iş təcrübəsi.
  • AR Əmək Məcəlləsini və bank fəaliyyəti ilə bağlı müvafiq qanunvericiliyi mükəmməl səviyyədə bilmək; kadr işləri ilə əlaqədar əsasnamə, təlimat və digər rəhbər sənədlərlə tanışlıq.
  • Excel proqramından yüksək (Advanced) səviyyədə istifadə bacarığı.

Yumşaq Bacarıqlar:

  • Nəticəyönümlülük və qətiyyətlilik;
  • Detallara yüksək diqqət və işi tətbiq etmə qabiliyyəti;
  • Peşəkar danışıqlar aparma bacarığı;
  • Strateji planlama və təşkilatçılıq;
  • Şirkətin daxili strukturunu və təşkilati dinamikasını anlama.

Biz nə təklif edirik?

  • Şirkətin strateji qərarlarında birbaşa iştirak və liderlik rolu.
  • Rəqabətədavamlı əmək haqqı (müsahibə əsasında təyin olunacaq).
    Nahar şirkət tərəfindən təmin edilir.
  • Korporativ mühitdə peşəkar inkişaf imkanları.

CV faylını “İnsan Resursları üzrə Baş mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. 

  • Daily0
  • Weekly653
  • Monthly2406