İş şəraiti:
- 6 günlük iş həftəsi (6-ci gün qısa iş)
- Nahar şirkət tərəfindən təmin olunur
- Nahar fasiləsi: 13:00 - 14:00
- Ünvan: Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü)
- Əmək haqqı: Razılaşma yolu ilə
Əsas Vəzifələr:
- Kamera sistemlərinin iş prinsiplərini, parametrlərini və kamera baxış və analiz etmə sistemini yaxşı bilməlidir. (1-3 il iş təcrübəsi)
- İstehsalat sahəsində təhlükəsizlik və keyfiyyət nəzarəti üçün görüntülərin necə analiz ediləcəyini bilməlidir.
- Mağaza daxilində müştəri davranışlarını və satış proseslərini müşahidə edərkən düzgün qiymətləndirmə bacarığına sahib olmalıdır.
- Şübhəli vəziyyətləri, qayda pozuntularını və riskləri vaxtında müəyyən edə bilməlidir.
- Kamera görüntülərinin saxlanması, arxivləşdirilməsi və lazım olduqda geri dönüşün təmin edilməsi barədə biliklərə sahib olmalıdır.
- İşıqlandırma, rakurs və görüntü keyfiyyətini optimallaşdırma kimi texniki tənzimləmələri bilməlidir.
- Məxfilik və şəxsi məlumatların qorunması ilə bağlı hüquqi qaydalara riayət etməlidir.
- İstehsalat xəttində məhsul axınını, işçi fəaliyyətini və proseslərin düzgünlüyünü dəqiq izləyə bilməlidir.
- Problem yarandıqda kamera və nəzarət sistemlərində ilkin diaqnostika aparma bacarığı olmalıdır.
- Mağaza və istehsalda baş verən uyğunsuzluqlar haqqında rəhbərliyinə aydın, qısa və dəqiq hesabatlar təqdim etməyi bacarmalıdır.
Namizədə tələblər:
- Xanım namizəd
- Orta/Ali təhsil
- Müvafik sahə üzrə minimum 3 il iş təcrübəsi
- Video arxiv axtarışı və görüntü çıxarma bacarığı;
- Problemləri operativ çözmək və məsuliyyətli olmaq;
- Komandada və təkbaşına işləmə qabiliyyəti;
- Təhlükəsizlik və nəzarət sahəsində çalışmış namizədlərə üstünlük verilir;
- Diqqətli, məsuliyyətli və operativ olmaq.
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Kameralara nəzarət üzrə mütəxəssis” qeyd etməklə, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.