Kommersiya rəhbərinin müavini

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kommersiya rəhbərinin müavini

  • Deadline 1 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Kommersiya rəhbərinin müavini” vəzifəsinə vakansiya elan edir.

Əmək haqqı: Razılaşma yolu ilə

İş şəraiti

  • 5 günlük iş qrafiki
  • Nahar fasiləsi: 13:00 -  14:00
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Ünvan: Bakı-Sumqayıt yolunun üstü (Masazır dairəsi)

Əsas Vəzifələr:

  • Şirkətin kommersiya və satış strategiyasının hazırlanmasında və icrasında Kommersiya Rəhbərinə operativ dəstək göstərmək
  • Retail şəbəkələr üzrə (mağazalar, regionlar, kateqoriyalar) satış planlarının hazırlanması, icrasına nəzarət və nəticələrin təhlili
  • Satış hədəflərinin (KPI, turnover, margin, sell-out) müəyyən edilməsi və icrasına nəzarət
  • Məhsul portfelinin və kateqoriya idarəçiliyinin (Category Management) optimallaşdırılması
  • Qiymət siyasəti, kampaniyalar və promo-aksiyaların planlaşdırılması və effektivliyinin ölçülməsi
  • Satış komandalarının fəaliyyətinin koordinasiyası, motivasiya və performans idarəetməsi
  • Bazar trendlərinin, rəqiblərin və istehlakçı davranışlarının analizi əsasında təkliflərin hazırlanması
  • Təchizat, marketinq, logistika və maliyyə komandaları ilə sıx əməkdaşlıq
  • Satış hesabatlarının hazırlanması, analitik nəticələrin rəhbərliyə təqdim edilməsi
  • Kommersiya Rəhbərinin tapşırığı ilə strateji və operativ layihələrdə iştirak
  • Şirkətin mağazalarına mütəmadi səfərlərin edilməsi

Namizədə tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Biznesin idarə olunması, Marketinq və ya əlaqəli sahələr üzrə üstünlükdür)
  • Retail sektorunda minimum 5 il, rəhbər və ya rəhbər müavini vəzifəsində minimum 1 il iş təcrübəsi
  • Şəbəkə mağazalar, regional satış strukturları ilə iş təcrübəsi üstünlükdür
  • Satış idarəetməsi, kommersiya strategiyası və planlama üzrə güclü biliklər
  • Analitik düşünmə, rəqəmlərlə işləmə və nəticəyönümlü yanaşma
  • Liderlik və komanda idarəetmə bacarığı
  • Strateji və sistemli düşüncə tərzi
  • Ezamiyyələrə açıq olmalıdır

Komandamıza uyğun olan  namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Kommersiya rəhbərinin müavini” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. 

  • Daily0
  • Weekly590
  • Monthly2532