Moderator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Moderator

  • Deadline 10 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Nur Collection MMC “Moderator” vəzifəsinə vakansiya elan edir.

Əmək haqqı: Razılaşma yolu ilə

İş şəraiti

  • 5 günlük iş qrafiki
  • Nahar fasiləsi: 13:00 -  14:00
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Ünvan: Bakı-sumqayıt yolunun üstü (Masazır dairəsi)

Əsas Vəzifələr:

  • Veb sayt və mobil tətbiqdə yerləşdirilən bütün məzmunun (mətn, şəkil, video istifadəçi paylaşımları və s gündəlik yoxlanılması və moderasiyası)
  • Platforma qaydalarına zidd olan məzmunun silinməsi və ya bloklanması
  • İstifadəçilərdən daxil olan şikayət və sorğuların araşdırılması və operativ cavablandırılması
  • Saxta hesabların spam fəaliyyətlərinin və qayda pozuntularının aşkarlanması, tədbir görülməsi
  • Yeni istifadəçi qeydiyyatlarının və profillərin yoxlanılması (lazım olduqda təsdiqlənməsi və ya rədd edilməsi)
  • Kontent keyfiyyətinin və etik normalara uyğunluğun qorunması
  • Mobil tətbiq və veb sayt üzrə texniki və funksional problemlərin qeydə alınması və müvafiq komandaya ötürülməsi
  • Moderator paneli və daxili idarəetmə alətləri ilə işləmək
  • Platforma üzrə statistika və hesabatların hazırlanmasında iştirak
  • Şirkət daxili məxfilik, təhlükəsizlik və etik qaydalara əməl edilməsi
  • Lazım gəldikdə istifadəçilərə platformadan düzgün istifadə ilə bağlı yönləndirilmə verilməsi
  • Qayda və prosedurlardakı yeniliklərin izlənməsi və tətbiqi.

Namizədə tələblər:

  • Ali təhsil (Marketinq və ya əlaqəli sahələr üzrə üstünlükdür)
  • Müvafik və ya əlaqəli sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Rəqəmsal marketinq bilikləri
  • Məsuliyyətli, diqqətli, ünsiyyətcil olmalı və komanda ilə işləməyi bacarmalıdır

Komandamıza uyğun olan  namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Moderator”  qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. 

  • Daily123
  • Weekly376
  • Monthly1063