“Nur Collection” MMC “Mühafizəçi” vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: 400 azn
İş şəraiti
- İki növbəli iş rejimi
- Nahar şirkət tərəfindən təmin olunur
- Nahar fasiləsi: 13:00 - 14:00
- Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə aparılır
- Ünvan: Saray postu yaxınlığı
Əsas Vəzifələr:
- Şirkətə məxsus Təhlükəsizlik/İzləmə Video Kameralarına nəzarət
- Təhlükəli vəziyyət yarandığı hallarda müvafiq tədbirlərin görülməsi
- Xidməti zərurətlə əlaqədar müvafiq jurnallar, blanklar və kitablarda qeydiyyat aparılması.
- Şirkət daxili təhlükəsizlik nəzarəti
- Növbə sırasında tapşırılmış ərazini tam nəzarətdə saxlamaq və növbənin tələb etdiyi şəkildə icra etmək
- Xidmət qabağı təlimatdan sonra təyin olunmuş postu təhvil alır
- Gecə və ya gündüz növbə sırasında təhlükəli görünən, şübhəli vəziyyətlə bağlı lazım gəldiyi təqdirdə növbə rəisinə məruzə etmək
- Giriş qapısını və digər tapşırılan obyektləri daimi olaraq nəzarətdə saxlamaq
- Obyekti periodik olaraq gəzərək, göstərilən təlimatların icrasını həyata keçirmək
- Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakının təhlükəsizliyini təşkil edir
Namizədə tələblər:
- Təhlükəsizlik sahəsində iş təcrübəsi (arzuolunandır)
- 20 – 45 yaş arası bəy namizədlər
- Təhlükəsizlik və fövqəladə hallar qaydaları haqqında ilkin biliklər
- Yüksək məsuliyyət və intizamlılıq
- Stressli vəziyyətlərdə sakit qalmaq bacarığı
- Komandada işləmək bacarığı
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Mühafizəçi” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.