Əmək haqqı: Müsahibə zamanı müəyyənləşəcəkdir.
İş şəraiti
- Ünvan: Abşeron rayonu Əliağa Vahid 1B
- 6 günlük iş həftəsi
- Nahar fasiləsi: 13:00-14:00, Nahar müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat:
- İstehsalat sahəsində məhsulun keyfiyyətli və müəyyən olunmuş gündəlik normaya uyğun miqdarda istehsal olunmasına nəzarət:
- Məhsulun planlaşdırılması,hansı tarixdə istehsala başlaması və bitməsi, xammaldan hazır məhsula qədər olan mərhələlərə nəzarət:
- İstehsal planlaması, məhsul dövriyyəsi və resurs idarəetməsinə nəzarət;
- Gündəlik istehsalatda ortaya çıxan problemləri vaxtında və effektiv şəkildə həll etmə bacarığı.
- Müddətə uyğun istehsalın təşkili, resursların effektiv planlaşdırılması və israfların qarşısının alınması;
- Müxtəlif şöbələrlə (satınalma, dizayn, satış, anbar, keyfiyyət nəzarəti və s) güclü əlaqə qurmaq və komandalararası koordinasiyanı təmin etmək.
- İşçilərin iş prosesi zamanı müəyyən olunmuş davranış qaydaları və istehsalat zamanı təyin olunmuş təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət;
- İstehsal şöbəsində işçilərin effektiv idarə olunması, motivasiya verilməsi və məhsuldarlığın artırılması bacarığını analiz etmək və dəyərləndirilməsinə nəzarət;
- İşçilərin iş ləvazimatlarından səmərəli, məqsədəuyğun istifadə olunmasını həyata keçirmək;
- Məhsulun tikilmə, ütülənmə və paketlənmə ardıcıllığının düzgün şəkildə həyata keçirilməsinə nəzarət etmək;
- Gündəlik istehsal olunmuş məhsul haqqında hesabatların təqdim olunması;
- İşçilərə iş prosesi zamanı rəhbərlik edilməsi və lazımi məlumatların rəhbərliyə ötürülməsi
Tələblər:
- Minimum 5 il istehsal təcrübəsi: yaş 35-55
- Trikotaj, toxuculuq, boyahane, tikiş, konfeksiya və s. sahələrdə istehsalat təcrübəsi.
- ISO, OEKO-TEX, BSCI, GOTS kimi beynəlxalq keyfiyyət və ekoloji standartlar barədə məlumatlı olması arzuolunandır.
Üstünlük veriləcək namizədlər:
- Tekstil mühəndisliyi, tekstil texnologiyası və ya əlaqəli sahədə təhsil dərəcəsi olanlara üstünlük verilir
Namizədin şəxsi keyfiyyətləri:
- Yeni texnologiyalara və proses optimizasiyasına açıq olmaq.
- Yerli və beynəlxalq tədarükçülərlə işləmə təcrübəsi.
- Operativ
Bu vəzifəyə müraciət etmək üçün CV-ni Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Tekstil üzrə istehsal rəhbəri” Mövzu bölməsində göstərin.