Nur Collection Nur Collection
  • 519

Tekstil üzrə istehsal rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tekstil üzrə istehsal rəhbəri

  • Deadline 16 September 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək haqqı: Müsahibə zamanı müəyyənləşəcəkdir.

İş şəraiti

  • Ünvan: Abşeron rayonu Əliağa Vahid 1B                        
  • 6 günlük iş həftəsi 
  • Nahar fasiləsi: 13:00-14:00, Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat:

  • İstehsalat sahəsində məhsulun keyfiyyətli və müəyyən olunmuş gündəlik normaya uyğun miqdarda istehsal olunmasına nəzarət:
  • Məhsulun planlaşdırılması,hansı tarixdə istehsala başlaması və bitməsi, xammaldan hazır məhsula qədər olan mərhələlərə nəzarət:
  • İstehsal planlaması, məhsul dövriyyəsi və resurs idarəetməsinə nəzarət;
  • Gündəlik istehsalatda ortaya çıxan problemləri vaxtında və effektiv şəkildə həll etmə bacarığı.
  • Müddətə uyğun istehsalın təşkili, resursların effektiv planlaşdırılması və israfların qarşısının alınması;
  • Müxtəlif şöbələrlə (satınalma, dizayn, satış, anbar, keyfiyyət nəzarəti və s) güclü əlaqə qurmaq və komandalararası koordinasiyanı təmin etmək.
  • İşçilərin iş prosesi zamanı müəyyən olunmuş davranış qaydaları və istehsalat zamanı təyin olunmuş təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət;
  • İstehsal şöbəsində işçilərin effektiv idarə olunması, motivasiya verilməsi və məhsuldarlığın artırılması bacarığını analiz etmək və dəyərləndirilməsinə nəzarət;
  • İşçilərin iş ləvazimatlarından səmərəli, məqsədəuyğun istifadə olunmasını həyata keçirmək;
  • Məhsulun tikilmə, ütülənmə və paketlənmə ardıcıllığının düzgün şəkildə həyata keçirilməsinə nəzarət etmək;
  • Gündəlik istehsal olunmuş məhsul haqqında hesabatların təqdim olunması;
  • İşçilərə iş prosesi zamanı rəhbərlik edilməsi və lazımi məlumatların rəhbərliyə ötürülməsi

Tələblər:

  • Minimum 5 il istehsal təcrübəsi: yaş 35-55
  • Trikotaj, toxuculuq, boyahane, tikiş, konfeksiya və s. sahələrdə istehsalat təcrübəsi.
  • ISO, OEKO-TEX, BSCI, GOTS kimi beynəlxalq keyfiyyət və ekoloji standartlar barədə məlumatlı olması arzuolunandır.

Üstünlük veriləcək namizədlər:

  • Tekstil mühəndisliyi, tekstil texnologiyası və ya əlaqəli sahədə təhsil dərəcəsi olanlara üstünlük verilir

Namizədin şəxsi keyfiyyətləri:

  • Yeni texnologiyalara və proses optimizasiyasına açıq olmaq.
  • Yerli və beynəlxalq tədarükçülərlə işləmə təcrübəsi.
  • Operativ

Bu vəzifəyə müraciət etmək üçün CV-ni Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Tekstil üzrə istehsal rəhbəri” Mövzu bölməsində göstərin.

  • Daily63
  • Weekly438
  • Monthly2272