“Nur Collection” MMC “Tender üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: Müsahibə zamanı müəyyənləşəcəkdir.
İş şəraiti
- İş yeri: Abşeron rayonu Əliağa Vahid 1B
- 5 günlük iş həftəsi, 6-cı gün növbəli
- Nahar fasiləsi: 13:00-14:00, Nahar müəssisə tərəfindən təmin edilir.
Vəzifə öhdəlikləri:
- Tendir (parça quruducu və sabitləyici) avadanlığının idarə olunması.
- İstehsal prosesinə uyğun temperatur, sürət və rütubət parametrlərinin tənzimlənməsi.
- Parça keyfiyyətinə nəzarət və qüsurların qarşısının alınması.
- Avadanlığın gündəlik texniki baxışının aparılması.
- İstehsalatda təhlükəsizlik və keyfiyyət standartlarına riayət etmək.
- Tender təklif məktubu (rəsmi müraciət) yazmaq.
- Qiymət cədvəli və texniki təklif formalarını düzgün doldurmaq.
- Təklifin hər bir səhifəsini imtina edilməməsi üçün imza və möhürlə təsdiqləmək.
- Sənədləri vaxtında, səhvsiz və tələblərə uyğun təqdim etm
- Şirkətin maraqlarına uyğun dövlət və özəl tenderləri tapmaq.
- Tender sənədlərini hazırlamaq, bütün texniki və hüquqi tələblərə uyğunluğunu təmin etmək.
- Tender proseslərində iştirak və qalibiyyət şansını artırmaq üçün təkliflərin optimallaşdırılması.
- Müsabiqə zamanı şirkətin maraqlarını qorumaq və rəsmi yazışmaları aparmaq.
Tələblər:
- Minimum 3 il tender və ya tekstil bitirmə proseslərində iş təcrübəsi.
- Parça növləri (pambıq, polyester, qarışıq liflər və s.) və onların xüsusiyyətləri barədə bilik.
- Avadanlıq parametrlərini optimallaşdırmaq bacarığı.
- Texniki nasazlıqları ilkin səviyyədə aradan qaldırmaq qabiliyyəti.
- Dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Üstünlük veriləcək namizədlər:
- PLC və avtomatlaşdırılmış idarəetmə sistemləri ilə işləmə təcrübəsi.
- Xarici dil biliyi (ingilis və ya türk).
- ISO və OEKO-TEX standartları ilə tanışlıq.
Namizədin şəxsi keyfiyyətləri:
- Kreativ, çevik və yenilikçi
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Tender üzrə mütəxəssis” Mövzu bölməsində göstərin.