Tələblər:
- Avtomobil sahəsində 3 il iş təcrübəsi;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Komanda da işləmək qabiliyyəti;
- Yaş həddi: 25-45
Vəzifələr:
- Təmiri iş kartına əsasən vaxtında və keyfiyyətlə yerinə yetirmək.
- Təhkim olunmuş əl alətlərini düzgün qayda da istifadə etmək.
- İstehsalçıların təmir texnologiyalarına riayət etmək.
- Texniki dəstək üçün Baş mexanikə müraciət etmək.
- Görülmüş işlər haqqda iş kartında qeydlər aparmaq.
- Daxili prosedurlara və nizam-intizam qaydalarına riayət etmək.
- Avadanlıqlardan düzgün istifadə etmək, sıradan çıxdıqda dərhal Baş mexanikə məlumat vermək.
- Təlim proqramına uyğun olaraq təlimlərdə iştirak etmək və attestasiyalardan keçmək.
- Üst rəhbərinə görülən işlər barədə hesabat verməli.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə "mühərrik ustası" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.