Vəzifə öhdəlikləri:
- Avtomobillərin razval-balans yoxlanışını həyata keçirmək;
- Nəqliyyat vasitəsində razval-balansla yaranan problemlərin hansı səbəblərdən yaranmasını müəyyən etmək və təkrar olunmamasını təmin etmək məqsədilə tələb olunan diaqnostika proseduralarını tətbiq etmək;
- Tələb olunan ehtiyat hissələrini anbardan qəbul edib avtomobilə quraşdırmaq;
- Aparılan təmir işində ləngimə və əlavə işlər yarandığı halda Təmir sexi rəisinə məlumat vermək;
- Yürüş sınağını keçirərək təmirin bitməsinə əmin olmaq;
Tələblər:
- Avtomobil sahəsində texniki biliklər və təcrübə
- İş təcrübəsi olması arzu olunandır
- Üzərinə məsuliyyət götürmək bacarığı
- Operativlik, dəqiqlik və səliqə
- Komandada işləmək bacarığı və kommunikativik;
- məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmalıdır.
Əmək şəraiti:
- İş qrafiki (I- VI günlər 09:00-dan 18:00-dək)
- Əmək haqqı: Müsahibə zamanı təyin olunacaqdır.
Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Razval-balans” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.