Operativ işlər və araşdırmalar üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Operativ işlər və araşdırmalar üzrə menecer

  • Deadline 25 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifənin məqsədi:

Operativ işlər və araşdırmalar üzrə menecer məhsulların idxalı, qeydiyyatı, sertifikatlaşdırılması, logistika axını, satış və distribusiya əməliyyatları üzrə məlumatların toplanması, araşdırılması və sistemləşdirilməsini əhatə edir. 

Menecer həmçinin bazarda mövcud rəqib məhsullarını öyrənir, qiymət və məhsul analizləri aparır, daxili komandalara (satış, marketinq, logistika) operativ dəstək göstərir və rəhbərliyə operativ qərarların qəbulunda etibarlı məlumat bazası formalaşdırır. Məqsəd şirkətin məhsul dövriyyəsində yaranan gündəlik məsələlərin koordinasiyalı, sürətli və dəqiq şəkildə həll edilməsini təmin etməkdir.

Qeyd: vakansiyaya  uyğun olmayan namizadlərin cv-lərinə və Azərbaycan dilində olmayan cv-lərə baxılmayacaq. 

Əsas vəzifə və məsuliyyətlər:

  • Qida əlavələrinin idxalı, qeydiyyatı, sertifikatlaşdırılması və uyğunluq sənədlərinin toplanmasını koordinasiya etmək;
  • Məhsulların anbardan satışa qədər olan dövriyyəsini nəzarətdə saxlamaq;
  • Günlük əməliyyatlarda (logistika, satış, təchizat) yaranan problemlərin həllini təşkil etmək;
  • Şirkət daxilində proseslərin vaxtında və düzgün icra olunmasını təmin etmək;
  • Qida əlavələri bazarında rəqib məhsullarını, qiymət dəyişikliklərini və yeni trendləri araşdırmaq;
  • Yeni məhsullar üçün bazar analizi aparmaq və təkliflər hazırlamaq;
  • Rəhbərliyə operativ qərarların verilməsi üçün məlumatların toplanması və sistemləşdirilməsi;
  • Məhsullara aid normativ və texniki sənədlərin (sertifikat, analiz protokolu və s.) düzgünlüyünü yoxlamaq;
  • İdxal və satışla bağlı rəsmi qurumlarla (DGK, AQTA və s.) iş proseslərini dəstəkləmək;
  • Qida əlavələri ilə bağlı qanunvericilik tələblərini izləmək və dəyişiklikləri rəhbərliyə bildirmək;
  • Tərəfdaşlarla, distribyutorlarla və təchizatçılarla operativ əlaqələri idarə etmək;
  • Rəhbərliyə həftəlik və aylıq hesabatlar təqdim etmək;
  • İş axınlarında aşkar olunan problemləri analiz edib təkmilləşdirmə təklifləri hazırlamaq;
  • Əməliyyat proseslərinin optimallaşdırılması üçün yeni üsullar və balanslaşdırılmış iş modelləri tətbiq etmək;

Namizədə dair tələblər:

  • Təhsil: Ali (Biznes idarəçiliyi, Biologiya, Kimya, Marketinq və ya İqtisadiyyat üzrə);
  • Qida əlavələri və dərman sektoru, logistika, araşdırma-analitika və ya müvafiq sahədə minimumda 2-3 il  iş təcrübəsi;
  • Qida əlavələrinin idxalı, qeydiyyatı və sertifikatlaşdırma prosesləri haqqında məlumatın olması üstünlükdür.
  • Normativ tələblər və AQTA/DGK (Gömrük) prosedurları haqqında anlayışın olması arzuolunandır.
  • Azərbaycan və Türk dillərində səlis, İngilis dilində yaxşı səviyyə;
  • MS Excel, MS Word, MS Outlook, MS PowerPoint proqramlarda yüksək səviyyəli bilik;
  • Lazım gəldikdə ezamiyyətlərə və işgüzar görüşlərə getmək imkanı.

Peşəkar bacarıqlar:

  • E-poçt yazışmaları və rəsmi sənədləşmə qaydaları üzrə yüksək bacarıq;
  • Vaxtın idarə edilməsi və çoxsaylı tapşırıqlarla paralel işləmə bacarığı;
  • Komanda ilə işləmə və müxtəlif şöbələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
  • Güclü strateji düşüncə, analitik yanaşma və nəticəyönümlü iş tərzi.

Təklif olunur:

  • Rəqabətədavamlı əmək haqqı (müsahibə əsasında müəyyən ediləcək);
  • Peşəkar və inkişaf yönümlü iş mühiti;
  • Rəsmi əmək müqaviləsi;

İş şəraiti:

  • İş rejimi: 5 gün (I–V günlər)
  • İş saatları: 09:00 – 18:00
  • İstirahət günləri: Şənbə və Bazar
  • İş yeri: Bakı şəhəri, Nərimanov r-nu, Nəsibbəy Yusifbəyli küçəsi

Müraciət üçün: CV-nizi “Operativ işlər və araşdırmalar üzrə menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

  • Daily0
  • Weekly205
  • Monthly1384