Vəzifə və öhdəliklər:
- Şirkətin məhsullarını təyin olunmuş ərazi üzrə apteklərdə həkim və əczaçılara tanıtmaq;
- Şirkətdə verilmiş təlimatları və tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;
- Görülən işlər barədə gündəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi;
- Məhsulların satışını təmin etmək;
- Qoyulan planların yerinə yetirilməsi;
- Satış dinamikasının izlənilməsi və təhlili;
- Satış nöqtələrini müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarət edərək nəzarətdə saxlanılması;
- Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görülməsi;
- Şirkətin məhsullarının apteklərdə olunmasını təmin etmək;
- Bazar araşdırması etmək və satış kanallarını artırılması;
- Apteklərdən nutrientlər üzrə rəy alınması;
- Yeni apteklərin cəlb edilməsi və onlarla davamlı əlaqələrin yaradılmasını prosesində iştirak edilməsi.
Namizədə qarşı tələblər:
- Ali və ya orta təhsil;
- Tələbə olmaması;
- Maşının olması vacibdi;
- Dərman və ya bioloji aktiv qida məhsullarını satan şirkətlərdə iş təcrübəsi (ən azı 1 il)
- Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili və İngilis dili üstünlükdür;
- Komputer bilikləri: Word, Excel, Outlook proqramlarını bilməli;
- Komanda da işləmə bacarığı;
- Çevik və işgüzar olması;
- Müəssisə üzrə kommersiya sirri hesab olunan məlumatların məxfiliyini təmin etməli.
Peşəkarlıq tələbləri:
- Səlis və aydın nitq, sistemıi təqdimat bacarığı qabiliyyəti;
- Dəqiqlik və sənədlərlə düzgün işləmə
- Məsuliyyətli, dəqiq, dürüst və ünsiyyətcil olması;
- Təqdimat aparmaq və idarəetmə bacarığı.
İş qrafiki və əmək haqqı:
- Əmək haqqı: İş təcrübəsinə əsasən qarşılıqlı razılaşma yolu ilə
- İş rejimi: I-V günlər, 09:00-dan 18:00-a kimi.
İş yeri:
- Bakı şəhəri, Nərimanov r-nu, Nəsibə Yusifbəyli küçəsi
Maraqlanan namizədlər cv-lərini başlıqda vakansiyanın adını qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.