OBA marketlər şəbəkəsi OBA marketlər şəbəkəsi
  • 951
OBA marketlər şəbəkəsi

OBA marketlər şəbəkəsi

Çoxçeşidli pərakəndə satış

Anbardar

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Anbardar

  • Deadline 2 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Anbara daxil olan malların qəbulunu, yoxlanmasını və sistemə düzgün qeydiyyatını təmin etmək;
  • Malların çeşidlənməsi, yerləşdirilməsi və hərəkətinin (giriş-çıxış) dəqiq uçotunu aparmaq;
  • Sifarişlərin vaxtında və düzgün yığılmasına nəzarət etmək, prosesdə yaranan uyğunsuzluqları aradan qaldırmaq;
  • Stokların gündəlik, həftəlik və aylıq inventarizasiyasını aparmaq, rəhbərliyə dəqiq hesabatlar təqdim etmək;
  • Anbar sahəsinin təhlükəsizlik, əməyin mühafizəsi və gigiyena standartlarına uyğun idarə olunmasını təmin etmək;
  • Anbarda əməliyyat proseslərinin optimallaşdırılması ilə bağlı təkliflər vermək;
  • İşçilərin işini koordinasiya etmək və komanda daxilində nizam-intizamı qorumaq.

Namizədə dair tələblər

  • Ali təhsil (Logistika, İqtisadiyyat, Menecment sahəsi üzrə üstünlükdür);
  • Anbar idarəçiliyi sahəsində minimum 3 illik iş təcrübəsi;
  • Əsas vəsaitlər və tikinti materialları ilə bağlı yaxşı səviyyədə bilik və praktiki təcrübə
  • MS Office proqramları və anbar idarəetmə sistemləri üzrə bacarıqlar;
  • Inventarizasiya aparmaq və dəqiq hesabat təqdim etmək bacarığı;
  • Məsuliyyətli, analitik düşüncəyə malik, çevik və nizam-intizamlı olmaq;

İş yeri: OBA Zabrat Anbarı (Zabrat qəsəbəsi)

Təminatlar:

  • İş rejimi və ya qrafiki: 6 günlük iş həftəsi (09:00 – 18:00);
  • Rəqabətədavamlı əmək haqqı və bonus sistemi;\
  • Nahar ödənişi və şirkət tərəfindən servis xidməti;
  • Karyera inkişafı və peşəkar təlim imkanları;
  • Sabit və dinamik iş mühiti.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Anbardar" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly266
  • Monthly2148