Vəzifə öhdəlikləri:
- Müştəri münasibətləri idarəetmə (CRM) strategiyalarını hazırlamaq və həyata keçirmək;
- Müştəri bazasını analiz edərək müştəri məmnuniyyətini artıran proqramlar hazırlamaq;
- Mobil tətbiqi idarə etmək və onun vasitəsilə şirkətin sadiq müştəri bazasını genişləndirmək;
- Müştəri loyallığını və təkrarlanan satışları artırmaq üçün kampaniyalar və xüsusi təkliflər hazırlamaq;
- CRM sisteminin optimallaşdırılmasını təmin etmək və müştəri məlumat bazasının dəqiqliyini qorumaq;
- Marketinq və satış komandaları ilə sıx əməkdaşlıq edərək, müştəri təcrübəsini və məhsul təqdimatını inkişaf etdirmək;
- CRM sistemləri vasitəsilə avtomatlaşdırılmış e-poçt, SMS və digər marketinq kampaniyalarını planlaşdırmaq, icra etmək və nəticələrini analiz etmək.
- Müştəri sadiqliyini artırmaq üçün xüsusi proqramlar və təşəbbüslər inkişaf etdirmək və tətbiq etmək;
- Müştəri rəylərini toplamaq, analiz etmək və məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün konkret təkliflər irəli sürmək;
- Müştəri məlumatlarını effektiv idarə edərək müvafiq hesabatlar və təhlillər təqdim etmək.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali;
- İş təcrübəsi: CRM sahəsində minimum 2-3 il
- CRM proqram təminatları ilə işləmək bacarığı.
- Analitik düşünmə qabiliyyəti və məlumatların təhlili üzrə təcrübə
- Müvafiq hesabatların hazırlanması və təqdim edilməsi bacarığı.
- Komanda ilə işləmək bacarığı və yüksək ünsiyyət qabiliyyəti.
- Microsoft Office proqramlarına (xüsusən Excel və PowerPoint) yaxşı səviyyədə.
Əlavə təminatlar:
- Nahar
- Korporativ nömrə
- Servis xidməti
İş qrafiki:
- İş saatları 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “CRM Menecer" yazaraq göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.