OBA marketlər şəbəkəsi OBA marketlər şəbəkəsi
  • 632
OBA marketlər şəbəkəsi

OBA marketlər şəbəkəsi

Multiline Retail

İR Biznes Tərəfdaş (Gəncə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İR Biznes Tərəfdaş (Gəncə)

  • Deadline 25 September 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • İşə qəbul prosesində iştirak etmək: namizədlərin axtarışı, görüşlərin təşkili və təyinatların verilməsi;
  • İşə qəbul edilən əməkdaşların sənədlərini yoxlamaq və sənədləşmə prosesi üçün müvafiq strukturla koordinasiya etmək;
  • Transfer proseslərini həyata keçirmək və işçi sayının ştat cədvəli üzrə nəzərdə tutulan həddi aşmamasına nəzarət etmək;
  • Daxil olan müraciətləri təhlil etmək, uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək, müsahibələrin təşkilini təmin etmək;
  • Ərazi üzrə fəaliyyət göstərən mağazaları mütəmadi ziyarət etmək və nəzarəti həyata keçirmək.

Namizədə dair tələblər

  • Ali təhsil (İqtisadiyyat və ya İnsan Resursları sahəsində);
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (Retail sahəsində təcrübə üstünlükdür);\
  • MS Office proqramları üzrə biliklər (xüsusilə Excel – yaxşı səviyyədə);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə praktiki biliklər
  • Komanda daxilində və müxtəlif şöbələrlə effektiv əməkdaşlıq bacarığı;
  • Şəxsi avtomobilin olması mütləqdir.

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günləri.

Əlavə təminatlar:

  • Gündəlik nahar təminatı
  • Korporativ nömrə və danışıq limiti
  • Yanacaq kartı ilə təminat
  • Peşəkar təlim və inkişaf imkanlar

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İR Biznes Tərəfdaş (Gəncə)" yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly499
  • Monthly2328