Vəzifə öhdəlikləri
- Ofis heyətinin (administrativ və inzibati personal) işə qəbul prosesinin tam idarə olunmasını təmin etmək;
- Namizədlərin axtarışı, seçimi, ilkin və yekun müsahibələrin keçirilməsində iştirak etmək;
- İşə qəbul siyasətinin və prosedurlarının təkmilləşdirilməsi, icrası və tətbiqinə nəzarət etmək;
- İR strategiyası və şirkət məqsədlərinə uyğun olaraq işə qəbul fəaliyyətini planlaşdırmaq və həyata keçirmək;
- İşə qəbulda innovativ yanaşmalar tətbiq etmək, yeni alətlər və texnologiyaların istifadəsinə töhfə vermək
- Komanda üzvlərinin fəaliyyətinə rəhbərlik etmək, onların motivasiyası və inkişafını dəstəkləmək;
- Rəhbərlik üçün aylıq, rüblük və illik hesabatlar hazırlamaq, analitik məlumatları təqdim etmək.
Namizədə dair tələblər
- Ali təhsil (İnsan Resursları, Biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə);
- İnsan resursları sahəsində minimum 3 illik təcrübə, o cümlədən rəhbər vəzifədə ən azı 2 il təcrübə;
- İşə qəbul prosesləri, müasir metodologiyalar, intervyu texnikaları və müxtəlif müsahibə modelləri üzrə dərin biliklər və praktiki bacarıqlar;
- MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmək bacarığı
- Səriştə əsaslı müsahibə aparmaq bacarığı;
- Güclü analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri.
Əlavə təminatlar:
- Rəqabətədavamlı əmək haqqı və bonus sistemi;
- Gündəlik nahar təminatı
- Korporativ mobil nömrə və aylıq danışıq limiti;
- Peşəkar təlim və inkişaf imkanlar
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İşə Qəbul Bölmə Müdiri" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.