OBA marketlər şəbəkəsi OBA marketlər şəbəkəsi
  • 301
OBA marketlər şəbəkəsi

OBA marketlər şəbəkəsi

Çoxçeşidli pərakəndə satış

İşə Qəbul Şöbə Müdiri

  • Deadline 10 Mart 2026

Təsvir

  • Vakansiyaların zamanında bağlanmasına və uyğun namizədlərin şəffaf şəkildə dəyərləndirilməsinə nəzarət etmək;
  • İşə qəbul üçün müraciət edən namizədlərin anketlərinin prosedurlara əsasən analiz edilməsinə nəzarət etmək; Şirkətin işə qəbul siyasətinə riayət edilməsinə nəzarət etmək; işə qəbul siyasətinin və strateqiyasının təkmilləşdirilməsi üçün təkliflər irəli sürmək.
  • Şirkət əməkdaşlarının şikayətlərini araşdırmaq və müvafiq tədbirlər görülməsi üçün aidiyyati struktura yönləndirmək;
  • Vəzifələrin spesifikliyini nəzərə alaraq vəzifələr üçün meyarların, işə qəbul funksiyasını yaratmaq və bu prosesə nəzarət etmək;
  • Yeni işə qəbul edilmiş şəxslər üçün orientasiya prosesinin icrasına nəzarət etmək və təkmilləşdirilməsi üçün təkliflər irəli sürmək;
  • Prosedurlara əsasən imtahana cəlb ediləcək ixtisaslar üzrə test sualları tərtib etmək və müvafiq zaman aralığında yenilənməsinə nəzarət etmək;
  • Tabeçiliyindəki əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətlərini əlaqələndirmək, işə qəbul proseduruna riayət etmələrinə və iş fəaliyyətlərinə nəzarət etmək, şirkətin fəaliyyətinə və siyasətinə təsir edəcək yeniliklər haqqında hesabat verdiyi instansiyaya məlumat vermək, mövcud vəziyyət haqqında analizlər aparmaq;
  • Şöbənin fəaliyyət istiqaməti ilə bağlı olan məsələlərlə əlaqədar səmərəliliyin artırılması və çatışmazlıqların aradan qaldırılması üzrə təkliflər hazırlayaraq hesabat verdiyi instansiyaya təqdim etmək;
  • Tabeçiliyindəki əməkdaşların performanslarını dəyərləndirmək,karyera yüksəlişləri üçün fəaliyyətlər icra etmək,onların fərdi inkişaf planlarını hazırlamaq,həmçinin bilik və təcrübələrini inkişaf etdirmək üçün tədbirlər həyata keçirmək;
  • Şirkətdə mövcud vakansiyalar üzrə müvafiq namizədlərin ehtiyat bazasını yaratmaq və yeniləmək;

Tələblər

  • Ali təhsil (idarəetmə, iqtisadiyyat, İR və ya uyğun sahə üzrə üstünlükdür)
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Retail sahəsində təcrübə üstünlükdür
  • Texniki biliklər: MS Office, ATS sistemləri ilə yüksək səviyyədə çalışmaq bacarığı
  • Dil biliklər: Rus və ya ingilis dili arzuolunandır
  • İR sahəsində beynəlxalq sertifikatlar üstünlükdür
  • Liderlik və motivasiyaetmə bacarığı
  • Yüksək ünsiyyət və təqdimat qabiliyyəti

İş qrafiki: 5 gün, 09:00-18:00

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Yanacaq xərci
  • Nahar təminatı
  • Parking
  • Könüllü tibbi sığorta
  • Mobil danışıq limiti və digər imtiyazlar

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily101
  • Weekly221
  • Monthly908