Təsvir
- Şirkətə daxil olan tikinti materialları, mağaza avadanlıqları, soyuducu sistemlər, metal konstruksiyalar, mebel, POS avadanlıqları, reklam materialları və digər qeyri-ticari malların qəbul zamanı keyfiyyətə uyğunluğunu yoxlamaq;
- Malların satınalma sifarişləri, müqavilələr, texniki spesifikasiyalar, layihə sənədləri və təsdiq edilmiş standartlara uyğunluğunu qiymətləndirmək;
- Məhsulların ölçülərini, texniki göstəricilərini, komplektliyini, funksionallığını, markalanmasını və fiziki vəziyyətini yoxlamaq;
- Təchizatçılar tərəfindən təqdim olunan məhsulların keyfiyyət sertifikatlarını, uyğunluq sənədlərini, zəmanət sənədlərini və texniki pasportlarını yoxlamaq;
- Aşkar edilmiş qüsurlar, zədələr və texniki uyğunsuzluqlar üzrə uyğunsuzluq aktları hazırlamaq, sübut bazasını (foto, video və s.) formalaşdırmaq və aidiyyəti struktur bölmələri ilə koordinasiyalı şəkildə həllini təmin etmək;
- Təchizatçıların keyfiyyət göstəricilərini izləmək, təkrarlanan uyğunsuzluqları analiz etmək və performansın yaxşılaşdırılması üçün təkliflər hazırlamaq;
- Tikinti materialları və avadanlıqlar üzrə qəbul proseslərinin daxili prosedurlara və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək;
- Aylıq keyfiyyət göstəricilərini təhlil etmək, rəhbərlik üçün analitik hesabatlar hazırlamaq və proseslərin optimallaşdırılması üzrə təşəbbüslərlə çıxış etmək;
Tələblər
- Ali təhsil (İnşaat mühəndisliyi, Sənaye mühəndisliyi, Mexanika mühəndisliyi, Keyfiyyətin idarə olunması, Logistika və ya digər uyğun ixtisaslar üzrə);
- Tikinti materialları, avadanlıqların qəbulu, texniki nəzarət və ya keyfiyyətə nəzarət sahəsində minimum 1 il iş təcrübəsi;
- Tikinti materiallarının, mağaza avadanlıqlarının və texniki məhsulların xüsusiyyətləri barədə biliklər;;
- ISO 9001 və keyfiyyət idarəetmə sistemləri üzrə biliklər üstünlük hesab olunur;
- ERP sistemləri (SAP, Logo, Oracle, 1C və ya digər) ilə işləmək təcrübəsi;
- MS Excel proqramını yaxşı səviyyədə bilmək (üstünlük);
- Analitik düşünmə, detallara diqqət və qərarvermə bacarığı;
- Güclü ünsiyyət, koordinasiya və komandada işləmək bacarığı;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- nömrə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.