Vəzifə öhdəlikləri:
- Şirkətin strateji məqsədlərinə uyğun marketinq kommunikasiya strategiyasının hazırlanması və icrasına rəhbərlik;
- ATL, BTL və TTL kanallar üzrə illik və dövri kommunikasiya büdcəsinin planlaşdırılması, bölgüsü və icrasının nəzarətdə saxlanılması;
- Ənənəvi media platformalarında (TV, radio, outdoor və s.) reklam yerləşdirmə strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Rəqəmsal platformalar üzrə reklam planlarının tərtibi, icrası və performans monitorinqi (Google Ads, Meta, YouTube və s.);
- PR strategiyası, şirkət imicinin formalaşdırılması, KSM və ictimai kampaniyaların idarə olunması;
- Loyallıq proqramı və mobil tətbiqin inkişafı üzrə strategiyanın hazırlanması və tətbiqi;
- NPS və müştəri araşdırmaları nəticələrinin analiz olunması və marketinq fəaliyyətlərinə inteqrasiyası;
- Komandanın fəaliyyətinə rəhbərlik və inkişafı, şirkətin vizyon və missiyasının effektiv kommunikasiyası ilə bağlı təşəbbüslər
Namizədə dair tələblər
- Təhsil: Ali təhsil (marketinq, biznesin təşkili, kommunikasiya və ya əlaqəli sahə üzrə);
- Təcrübə: Marketinq kommunikasiyaları sahəsində minimum 4 il iş təcrübəsi (retail və FMCG sektoru üstünlükdür);
- Google Ads, Meta Ads (Facebook, Instagram) reklam platformaları üzrə praktiki təcrübə
- PR, korporativ kommunikasiya və sosial məsuliyyət layihələri üzrə təcrübə
- Müştəri davranışlarını analiz etmək bacarığı
- Strateji düşünmə və kommunikasiya planlaşdırma bacarığı
- Yüksək ünsiyyət və təqdimat bacarığı
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
- Tibbi sığorta
- Parkinq
- Yanacaq kartı
İş qrafiki:
- İş saatları 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Marketinq Kommunikasiyaları Şöbə Müdiri" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.