Vəzifə öhdəlikləri:
- ISO 9001 və ISO 22000 standartlarına uyğun sənədləşmə prosedurlarının icrasını təmin etmək
- Keyfiyyət və Qida Təhlükəsizliyi İdarəetmə Sistemi ilə bağlı daxili normativ sənədləri hazırlamaq və tətbiq etmək
- Yeni təqdim edilən məhsulların qanunvericiliklə müəyyən edilmiş sertifikatlarının mövcudluğunu yoxlamaq və nəzarət etmək
- Tədarükçü dəyərləndirmə planını hazırlamaq, plana uyğun yoxlamaları icra etmək və hesabatları təqdim etmək
- Tədarükçü dəyərləndirmə auditlərinin effektivliyini qiymətləndirən hesabatlar hazırlamaq
- Məhsulların etiket məlumatlarının standartlara uyğunluğunu yoxlamaq və nəzarətdə saxlamaq
- Keyfiyyətə nəzarət üzrə daxili təlimatlar və nəzarət formalarını hazırlamaq və tətbiq etmək
Namizədə dair tələblər:
- Ali təhsil (Qida mühəndisliyi, Biotexnologiya, Keyfiyyət idarəetməsi və ya əlaqəli sahələr üzrə)
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
- ISO 9001 və ISO 22000 standartları üzrə bilik və təcrübə
- Tədarükçü dəyərləndirmə və audit proseslərində iştirak təcrübəsi
- Azərbaycan Respublikasının qida təhlükəsizliyi və gigiyena üzrə qanunvericilik bilikləri
- MS Office proqramları ilə işləmə bacarığı (xüsusilə Excel, Word, PowerPoint)
- Analitik düşünmə, detallara diqqət və hesabatların hazırlanması bacarığı
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “PL və Tədarükçü Dəyərləndirmə Bölmə Müdiri" yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.