OBA marketlər şəbəkəsi OBA marketlər şəbəkəsi
  • 529
OBA marketlər şəbəkəsi

OBA marketlər şəbəkəsi

Multiline Retail

PL və Tədarükçü Dəyərləndirməsi üzrə Aparıcı Mütəxəssis

  • Истекает 28 сентябрь 2025

Təsvir

  • Təsdiq edilmiş plan üzrə tədarükçülərin dəyərləndirilməsini həyata keçirmək və nəticələr əsasında hesabatlar hazırlamaq;
  • Fəaliyyətlə bağlı birbaşa rəhbərə mütəmadi hesabat təqdim etmək və lazım olduqda digər struktur bölmələrlə paylaşmaq;
  • Şəxsi marka məhsullarına dair spesifikasiyaları tədarükçülərdən almaq, araşdırmaq və uyğunluğunu yoxlamaq;
  • Şəxsi marka tədarükçüləri üçün keyfiyyət və təhlükəsizlik tələblərinin hazırlanmasında iştirak etmək;
  • Tədarükçü müəssisələrin istehsal sahələrində sanitar-gigiyenik normalara riayət olunmasını yoxlamaq;
  • Məhsulların istehsalı, saxlanması və qablaşdırılmasının qida təhlükəsizliyi standartlarına uyğunluğunu qiymətləndirmək;
  • Şəxsi marka məhsullarına dair müştəri şikayətlərini araşdırmaq və müvafiq tədbirlər barədə hesabat hazırlamaq;
  • İstehsal və idxal olunan məhsulların çəki, raf ömrü, qablaşdırma və digər keyfiyyət parametrlərinin standartlara uyğunluğunu yoxlamaq, uyğunsuzluqları sənədləşdirmək;
  • Tədarükçü müəssisələrdə istehsal prosesində kritik nəzarət nöqtələrinin (CCP) izlənməsini və nəzarətini təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək.

Tələblər

  • Ali təhsil (Qida mühəndisliyi, Texnologiya, Keyfiyyətə Nəzarət, Kimya və ya müvafiq sahələr üzrə);
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi (retail/FMCG və ya istehsalat sahəsində təcrübə üstünlükdür);
  • Qida təhlükəsizliyi standartları üzrə biliklər (ISO 9001, ISO 22000, HACCP);
  • Audit və ya yoxlama proseslərinin aparılmasında təcrübə;
  • Microsoft Office proqramları (Excel, Word, Outlook) üzrə yaxşı səviyyədə biliklər;
  • Analitik düşüncə, diqqətlilik və hesabat hazırlama bacarığı

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat

İmtiyazlar

  • Yanacaq və Amortizasiya xərcləri
  • Nahar təminatı

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly266
  • Monthly2148