Təsvir
- Cəlb olunduğu layihələrdə şöbənin cavabdehlik daşıdığı məsələləri koordinasiya etmək
- Şöbə müdiri və layihə rəhbərinin tapşırığı ilə rəqəmsal həllər və proqram modulları hazırlamaq
- Tətbiqi proqramın yazılması üçün lazım olan informasiyanı toplamaq və təhlil etmək
- Rəqəmsal biznes həllərinin yaradılması üzrə layihələrdə iştirak etmək və layihə üzrə tapşırıqları yerinə yetirmək
- Proqramların texniki tapşırığının, funksional interfeysinin və strukturunun yaradılmasında iştirak etmək, təkliflər vermək
- Şöbə müdiri tərəfindən verilən proqram kodlaşdırması ilə əlaqədar tapşırıqları icra etmək
- Hazırladığı proqramları müvafiq test metodları ilə yoxlamaq və hesabatını hazırlamaq
- Tətbiqi proqramlarda ortaya çıxan problemləri araşdırmaq, xətaları sənədləşdirmək və təsnif etmək
- Rəqəmsal həllərin inkişafı və məhsuldarlığının artırılması üçün təkliflər vermək
- Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görmək
- İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
Tələblər
- Təhsil: Ali
- Təcrübə: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- ERP sistemləri üzrə texniki bilik və tətbiqetmə təcrübəsi
- Biznes proseslərin modelləşdirilməsi və optimallaşdırılması üzrə praktiki bilik
- SQL üzrə praktiki bilik və mürəkkəb sorğularla işləmək təcrübəsi
- Komanda ilə işləmək, təşəbbüskarlıq və nəticəyönümlülük.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.