Vəzifə öhdəlikləri:
- Şöbənin fəaliyyət istiqamətləri üzrə işlərin təşkilini və təkmilləşdirilməsini təmin etmək üçün təkliflər hazırlamaq;
- Rəqəmsal həllərin yazılması və tətbiqi üzrə işləri planlaşdırmaq və icrasına nəzarət etmək;
- Proqram təminatlarının texniki tərtibatını, interfeyslərini və strukturunu hazırlamaq;
- Şirkətdə tətbiq edilən rəqəmsal həllərin kodlaşdırılmasını və sənədləşdirilməsini təmin etmək;
- Kodlaşdırma işlərində beynəlxalq standartlara uyğunluğu və informasiya təhlükəsizliyini təmin etmək;
- Proqramlaşdırma şöbəsinin inkişafını və innovativ yanaşmaların təşviqini təmin etmək;
- Görülmüş işlər üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Proqram təminatı ilə bağlı digər struktur bölmələrin tələblərinə uyğun texniki həllər hazırlamaq və tətbiq etmək;
- İcra olunan sistemlərin texniki və funksional tələblərə uyğunluğuna nəzarət etmək.
Namizədə dair tələblər:
- Ali təhsil (Kompüter elmləri, proqramlaşdırma və ya əlaqəli sahə üzrə)
- Proqramlaşdırma sahəsində minimum 5 il iş təcrübəsi (rəhbər vəzifədə 2 il təcrübə üstünlükdür);
- C#, .NET, Java və ya Python kimi proqramlaşdırma dillərində bacarıq;
- SQL, REST API, sistem inteqrasiyaları və proqram arxitekturası üzrə biliklər;
- Git və digər versiya nəzarət sistemlərində işləmə təcrübəsi;
- Komanda idarəetmə və layihə rəhbərliyi üzrə bacarıqlar;
- Problemləri analiz etmək və həll etmək bacarığı;
- Yüksək kommunikasiya və təqdimat bacarıqları
İş şərtləri və əlavə təminatlar:
- Cəlbedici əmək haqqı (namizədin təcrübəsi və bacarıqlarına əsasən təyin edilir);
- Rahat və innovativ iş mühiti;
- Əlavə sosial təminatlar: nahar təminatı, servis xidməti, korporativ nömrə, parking xidməti, yanacaq kartı və könüllü tibbi sığorta.
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Proqramlaşdırma şöbə müdiri" yazaraq Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.