Vəzifə öhdəlikləri:
- Gündəlik olaraq nağd və köçürmələrlə bağlı əməliyyatları icra etmək, təsdiqlənmiş sənədlər əsasında sistemə daxil etmək;
- Daxili (ölkədaxili) və xarici köçürmələri bank sənədlərinə əsasən həyata keçirmək və internet bankçılıq platformasında izləmək;
- Nağd vəsaitlərin mədaxil və məxaric əməliyyatlarını sistemdə qeyd etmək;
- Gündəlik kassa qalıqlarını yoxlamaq, fərqləri aşkarlamaq və aradan qaldırmaq;
- Sistemə daxil edilən maliyyə əməliyyatlarının düzgünlüyünü yoxlamaq, uyğunsuzluqları müəyyən edərək aradan qaldırmaq;
Namizədə dair tələblər
- Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat sahələri üzrə);
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Bank əməliyyatları və internet banking platformaları ilə işləmək bacarığı;
- MS Excel proqramında orta səviyyədə istifadə bacarığı;
- Dəqiqlik, analitik düşüncə və məsuliyyətlilik;
- Komanda ilə işləmək və operativ qərarvermə bacarığı.
Əlavə təminatlar:
- Nahar
- Korporativ nömrə
- Servis xidməti
İş qrafiki:
- İş saatları 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə Pul vəsaitlərinin uçotu üzrə mühasib yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.