OBA marketlər şəbəkəsi OBA marketlər şəbəkəsi
  • 495
OBA marketlər şəbəkəsi

OBA marketlər şəbəkəsi

Çoxçeşidli pərakəndə satış

Satınalma Müdiri (Qeyri-qida idxal)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalma Müdiri (Qeyri-qida idxal)

  • Deadline 19 Mart 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

Xarici bazarlarda məhsul və tədarükçü araşdırması aparmaq, qiymət və keyfiyyət uyğunluğunu dəyərləndirmək, maliyyə hesablamaları həyata keçirmək.

  • Rəqiblərin qiymət strategiyasını təhlil etmək və bazar trendlərinə uyğun analiz aparmaq.
  • Xarici tədarükçülərlə əlaqələr qurmaq və danışıqlar aparmaq, optimal tədarük şərtlərini təmin etmək.
  • Müqavilə şərtlərini təyin etmək və qiymət razılaşmalarını idarə etmək, kommersiya şərtlərinin optimallaşdırılmasını təmin etmək.
  • Günlük və aylıq satış və qazanc göstəricilərini təhlil etmək, keçmiş dövrlərlə müqayisə aparmaq.
  • Pareto analizi və çeşid optimizasiyasını aparmaq, depo və mağaza stoklarını səmərəli idarə etmək.
  • Alt kateqoriyalar üzrə satış planlaması həyata keçirmək və tədarükçü qazanc faizlərini təhlil etmək.
  • İdxal proseslərini idarə etmək və gömrük tələblərinə uyğunluğu təmin etmək.
  • Təchizat proqramları və analitik alətlərdən istifadə edərək satınalma proseslərini optimallaşdırmaq.

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil 
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (səlis), İngilis dili (orta səviyyədə)
  • Kompüter bilikləri: MS Office (xüsusilə Excel – yüksək səviyyədə)
  • Tədarük proqramları və analitik alətlərlə işləmək bacarığı
  • Maliyyə və müqavilə danışıqlarının aparılması üzrə təcrübə

Əlavə təminatlar:

  • Nahar;
  • Servis xidməti;
  • Korporativ nömrə

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günləri

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satınalma Müdiri (Qeyri-qida idxal)" yazaraq göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily119
  • Weekly627
  • Monthly1884