Vəzifə öhdəlikləri:
- Süd məhsulları kateqoriyası üzrə bazar araşdırmaları aparmaq, rəqib və tendensiyaları izləmək, nəticələri hesabat formasında təqdim etmək;
- Firmalarla ticari şərtləri, vitrin və məhsul faizlərini müəyyənləşdirmək, müqavilə şərtlərinin hazırlanmasını təmin etmək;
- Qiymət dəyişikliklərinə nəzarət etmək, süni qiymət artımı və ya satış məqsədli endirimlərin qarşısını almaq;
- Gəlirlilik, qiymət indeksləri, alış-satış, stok səviyyələri və dövriyyə üzrə analitik təhlilləri həyata keçirmək (ABC, Top 10, imha və s.);
- Kampaniya və insert məhsullarını seçmək, kampaniya sonrası satış və marja nəticələrini təhlil etmək;
- Yeni və dəyişmiş məhsul/qiymət təkliflərini təhlil edərək uyğunluğunu qiymətləndirmək və sistemə daxil edilməsini təmin etmək;
- Yeni mağazaların məhsul seçimi, sifarişi, vitrin planlaması və açılış kampaniyalarını təşkil etmək;
- Rəf düzülüşünə, məhsul keyfiyyətinə nəzarət etmək və lazım gəldikdə kor testlər həyata keçirmək;
- Faktura və ödənişlərlə bağlı yaranmış problemlərin həllini əlaqədar şöbələrlə koordinasiya edərək təmin etmək;
- Həftəlik, aylıq və illik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Namizədə dair tələblər:
- Ali təhsil (İqtisadiyyat, Biznesin idarə olunması, Marketinq və ya əlaqəli sahələr üzrə);
- Təcrübə: Müvafiq sahə üzrə (FMCG və ya pərakəndə satış sahəsində, xüsusilə süd məhsulları kateqoriyası) minimum 3 illik təcrübə;
- Satınalma prosesləri, məhsul portfelinin idarə olunması və tədarükçülərlə ticari danışıqlar üzrə praktiki bilik;
- Qiymət formalaşdırılması, marja hesablamaları, stok və satış analizləri üzrə təcrübə;
- MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı səviyyədə;
- Rus və ingilis dilləri texniki səviyyədə bilik (üstünlükdür);
- Analitik düşüncə, nəticəyönümlü və sistemli yanaşma;
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Komandada işləmək və koordinasiya qabiliyyəti;
Əlavə təminatlar:
- Gündəlik nahar təminatı
- Korporativ nömrə və danışıq limiti
- Servis xidməti (nəqliyyat təminatı)
- Peşəkar təlim və inkişaf imkanlar
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satınalma müdiri (Süd məhsulları)" yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.