Vəzifə öhdəlikləri:
- Müasir satış və xidmət konseptinə uyğun əməliyyat modelini formalaşdırmaq və tətbiqinə nəzarət etmək;
- Regional və ərazi menecerləri komandalarını idarə etmək, fəaliyyətlərini koordinasiya etmək və hədəflərə uyğun yönləndirmək;
- Filialların gündəlik iş proseslərini, kassadan mətbəxə qədər bütün əməliyyat axınlarını effektiv şəkildə idarə etmək;
- Yeni filialların açılışına nəzarət etmək, bütün əməliyyat mərhələlərini vaxtında və standartlara uyğun şəkildə həyata keçirmək;
- Müştəri məmnuniyyətinin davamlı izlənməsi və artırılması üçün xidmət proseslərini optimallaşdırmaq;
- İşçi heyətinin fəaliyyətini izləmək, performansını qiymətləndirmək və inkişafını təmin etmək;
- Təhlükəsizlik, sanitar-gigiyenik və brend standartlarının icrasına nəzarət etmək;
- Əməliyyat xərclərinə nəzarət etməklə səmərəliliyi artırmaq;
Namizədə dair tələblər:
- Ali təhsil (Biznesin idarə edilməsi, Menecment, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
- Pərakəndə satış və ictimai iaşə (fast food, kafe, restoran və s.) sahəsində ən azı 4 illik rəhbərlik və əməliyyat idarəçiliyi təcrübəsi;
- Əməliyyat proseslərinin idarə edilməsi və xidmət axınlarının optimallaşdırılması sahəsində praktiki təcrübə;
- Rus dilində yaxşı səviyyədə danışıq və yazışma bacarığı;
- MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
- Liderlik, Analitik düşüncə, operativlik və təşəbbüskarlıq
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
- Tibbi sığorta
- Parkinq
- Yanacaq kartı
İş qrafiki:
- İş saatları 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satış əməliyyatları şöbə müdiri" yazaraq Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.