OBA marketlər şəbəkəsi OBA marketlər şəbəkəsi
  • 312
OBA marketlər şəbəkəsi

OBA marketlər şəbəkəsi

Multiline Retail

Təmir-Tikinti və Layihələndirmə Departamenti müdiri

Təmir-Tikinti və Layihələndirmə Departamenti müdiri

  • Deadline 9 March 2026

Təsvir

  • Təmir-tikinti və layihələndirmə strategiyasını hazırlamaq və icra etmək
  • Yeni mağazaların açılışı, mövcud mağazaların renovasiyası və rebrendinq layihələrini idarə etmək
  • Layihə büdcələrinin hazırlanması, təsdiqi və icrasına nəzarət etmək
  • Xərclərin optimallaşdırılması və effektiv resurs idarəçiliyini icra etmək
  • Layihələndirmə, smeta, tender və satınalma proseslərinin koordinasiyasını icra etmək
  • Təmir-tikinti və layihələndirmə işləri üzrə hazırlanmış smetaların yoxlamaq və təsdiq etmək
  • Podratçı və subpodratçıların seçimi, işinə nəzarət və qiymətləndirilməsini etmək
  • Layihələrin texniki standartlara, təhlükəsizlik və normativ tələblərə uyğunluğunu təmin etmək
  • Layihələr üzrə tikinti və təmir işlərinin vaxt qrafikinə uyğun icrasına nəzarət etmək
  • Mağazalarda istifadə üçün alınan avadanlıqlar üzrə texniki rəyin verilməsi və uyğunluğunu qiymətləndirmək
  • Digər aidiyyatı strukturlarla effektiv əməkdaşlıq və koordinasiyanın qurulması
  • Departament əməkdaşlarının idarə olunması, inkişafı və performansının qiymətləndirilməsi
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

Tələblər

  • Ali təhsil (tikinti/memarlıq və ya əlaqəli sahə)
  • Təmir-tikinti və layihələndirmə sahəsində minimum 7 il iş təcrübəsi
  • Retail / FMCG / şəbəkə mağazalar üzrə layihələrdə təcrübə - üstünlükdür
  • Layihə idarəetməsi, büdcə və komanda rəhbərliyi üzrə güclü bacarıqlar
  • Tikinti norma və standartlarını yaxşı bilmək
  • AutoCAD, MS Office proqramları ilə işləmə bacarığı
  • Analitik düşüncə, planlama və problem həll etmə bacarığı
  • Liderlik, ünsiyyət və danışıqlar aparma bacarıqları
  • Azərbaycan dili – səlis, ingilis dili – üstünlükdür

İş qrafiki: 5 gün; 09:00-18:00

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Parking və yanacaq xərcləri
  • Könüllü tibbi sığorta
  • Mobil danışıq limiti və digər imtiyazlar
  • Korporativ Mühit

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly253
  • Monthly940